CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nizami rayonunda Hollivud kadrları yaşanıb

© Sputnik / Rahim MuradovАвтомобиль ППС, фото из архива
Автомобиль ППС, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis serjantı Əziz Qurbanov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb.

BAKI, 19 mart — Sputnik. Bakının Nizami rayonu R.Rüstəmov küçəsi 24 ünvanında naməlum şəxs Bakı şəhər sakini olan T.Gərayevaya zor tətbiq edərək onun içərisində 104 manat, mobil telefon, sənədlər və digər şəxsi əşyaları olan çantasını əlindən alaraq hadisə yerindən qaçıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, yaranan səs-küyə xidmətdən kənar vaxtı həmin yerin yaxınlığından keçən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı polis serjantı Əziz Qurbanov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb. Polis əməkdaşı çevikliyi sayəsində cinayəti törədən şəxsi yaxalayaraq soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutla birlikdə ərazi üzrə 24-cü Polis Şöbəsinə təhvil verib.

Bölmədə araşdırma aparılan zaman həmin cinayəti törədən şəxsin Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş Şaiq Həsənov olduğu məlum olub və o, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində araşdırmalar davam etdirilir. Soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Xəbər lenti
0