Mikrofon, arxiv şəkli

Avstriya radiosunda Azərbaycana həsr olunmuş silsilə verilişlər yayımlanacaq

4
(Yenilənib 20:25 19.03.2020)
Layihənin redaksiyası bu il üçün Azərbaycan haqqında verilişlər hazırlamaq qərarına gəlib və yayım üçün Novruz bayramı ərəfəsini münasib hesab edib

BAKI, 19 mart — Sputnik. Geniş dinləyici kütləsinə malik və Avstriya radiosunun əsas kanalı olan "Ö1"də martın 21-dən 29-dək Azərbaycana həsr olunmuş silsilə verilişlər yayımlanacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə radionun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, "Qonşuluqda" adlı layihə çərçivəsində artıq uzun illərdən bəri Avropanın qonşuluğunda yerləşən ölkələrə həsr olunan silsilə verilişlər hazırlanır. Layihənin redaksiyası bu il üçün Azərbaycan haqqında verilişlər hazırlamaq qərarına gəlib və yayım üçün Novruz bayramı ərəfəsini münasib hesab edib.

Silsilə verilişlər arasında "20-ci əsr Azərbaycan klassik musiqisi", "Azərbaycanda Zərdüştün varisləri", "Novruz – bahar bayramı", "Bakıdan Qobustan Milli Parkına – Azərbaycanda ənənə ilə müasirlik arasında səyahət", "Azərbaycan müasir və eksperimental musiqi" və digər mövzular əksini tapacaq.

Qeyd edək ki, radionun əməkdaşı Sabine Nikolay həmin verilişlər üçün materialların toplanması və müsahibələrin alınması məqsədilə yanvar ayında Azərbaycanda səfərdə olub, eləcə də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edib.

4
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

18
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

18
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

34
(Yenilənib 00:41 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

34