ABŞ səfirliyi azərbaycanlılara viza verilişini dayandırdı – Məlum səbəbdən

CC BY 2.0 / AIR FORCE ONE / VİSAВиза в США, фото из архива
Виза в США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ "COVID-19" virusunu pandemiya elan edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi koronavirusa görə bu ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza verilişini dayandırıb. Bu barədə Sputnik Azərbaycan-a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, səfirlik viza xidmətlərini ən qısa zamanda bərpa edəcək. Lakin diplomatik korpus konkret tarix açıqlamayıb.

Xatırladaq ki, Birləşmiş Ştatlar koronavirusla bağlı əksər ölkələrdə viza verilişini dayandırır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti öz “Twitter” səhifəsində yazıb.

“COVID-19-a reaksiya verən Dövlət Departamenti ölkələrin əksəriyyətində gündəlik viza xidmətlərini dayandırır. Bu xidmətlər ən qısa zamanda bərpa olunacaq, lakin biz hazırda konkret tarixi deyə bilmərik. Səfirliklər və konsulluqların iş rejimini öyrənmək üçün onların saytlarını yoxlayın”, - deyə Dövlət Departamentinin Konsulluq Xidmətləri üzrə Bürosu bildirib.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ "COVID-19" virusunu pandemiya elan edib. Dünyanın 150-dən çox ölkəsində 205 mindən çox şəxs bu virusa tutulub. Onlardan 82 min nəfəri sağalıb, 8 mindən çox insan ölüb.

Xəbər lenti
0