Ehtiyatlı igidin yaraşığı: Gözəllik üçün getdiyimiz yerdən xəstə çıxa bilərik...

© REUTERS / JUAN CARLOS ULATEЖенщина в медицинской маске, фото из архива
Женщина в медицинской маске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus təhlükəsinin real olduğu bir zamanda çox yer nəzarətə götürülsə də, insanların tez-tez ziyarət etdikləri bəzi yerlər diqqətdən kənarda qalıb

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. Dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirusun yayılma təhlükəsi Azərbaycandan da yan keçməyib. Son məlumatlara görə, ölkədə 11 koronavirus xəstəsi var. Bundan əlavə 500-ə yaxın şəxs koronavirus şübhəsi ilə karantinə alınıb.

Kosmetik məhsullar dükanının piştaxtaları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gözəl olun, lakin gözəllik xatirinə özünüzü məhv etməyin

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində dərslər, kütləvi tədbirlər təxirə salınıb. İctimai nəqliyyat, avtobuslar, metro dezinfeksiya edilib.

Bu tədbirlər virus təhlükəsinin böyük olduğundan xəbər versə də, bəzi yerlərdə xəstəliyin yayılma təhlükəsi hələ də qalır. Belə yerlərdən biri də gözəllik salonları – bərbərxanalardır. Hamımız gözəllik salonları və bərbərxanaları tez-tez ziyarət etdiyimizdən, orada işləyənlərin bizimlə birbaşa təmasda olması səbəbindən, bu obyektlərin də dezinfeksiya edilməsi gündəmə gəlir.

Gözəllik salonlarının birində saç ustası kimi çalışan Nigar Qulamova Sputnik Azərbaycan-a bildirib ki, öncədən qəbula yazılan bəzi müştərilər zəng edib prosedurlardan imtina edirlər: "Bəli, bütün sahələrdə olduğu kimi gözəllik salonlarında da iqtisadi problemlər yaşanmağa başlayıb. Düzdür, koronavirus xəstəliyinin olmasına inanmayaraq, əvvəlki kimi gələnlər də var. Ancaq müştərilər azalıb".

Saç ustası bildirir ki, bəzən öskürən, asqıran müştərilər xəstə vəziyyətdə salona gəlirlər. "Biz onlara xəstəlik haqqında məlumat verib, maskalardan istifadə etməyi tövsiyə edirik. Özümüz də maskalardan istifadə edirik. Amma bu bizi necə qoruyur, bunu bilmirik", – deyə o vurğulayıb.

Çarəsiz vaxtlar: bərbər özünü koronavirusdan belə qorudu - VİDEO

N.Qulamovanın sözlərinə görə, salon hər gün xlorla təmizlənir. Alətlər dezinfeksiya edici məhlulla təmizlənir: "Amma xəstə müştəriləri başa salmaq çətin olur. Müştəri özünü həmişə haqlı sayır axı. Xəstə olduqları üçün maska istifadə etmələrinin lazım olduğunu bildirəndə də inciyirlər".

Saç ustası da hesab edir ki, koronavirusun gözəllik salonlarında yayılma ehtimalı var. Ancaq xüsusi qərara kimi bunun qarşısını almağın mümkün olmadığını da deyir.

Tibb eksperti Vüsal Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gözəllik salonları özəl obyektlər olduğu üçün obyekt sahibləri özü dezinfeksiya işləri ilə məşğul olmalıdır: "Gözəllik salonları potensial təhlükə mənbəyi ola bilər. Buna görə də, xəstə olduğunu hiss edən müştəri və ustalar işə getməməlidirlər. Eyni zamanda salonların girəcəyində dezinfeksiyaedici məhlul olmalıdır ki, müştərilər içəri daxil olanda istifadə etsinlər. Paralel olaraq obyekt sahibləri obyektləri hər gün dezinfeksiya etdirməlidirlər. Əgər müştəri xəstədirsə və maskasız obyektə daxil olursa, ona maska təklif edilməlidir".

© © Courtesy of Vusal HasanovSəhiyyə məsələləri üzrə ekspert Vüsal Həsənov
Ehtiyatlı igidin yaraşığı: Gözəllik üçün getdiyimiz yerdən xəstə çıxa bilərik... - Sputnik Azərbaycan
Səhiyyə məsələləri üzrə ekspert Vüsal Həsənov

Ekspert vurğulayıb ki, sadalananlar qanun olmasa da, hər bir obyekt sahibi öz obyektinin imicini, müştərilərini və işçilərini nəzərə almalıdır.

"Yaxşı olar ki, müştəriləri məlumatlandırmaq üçün divara virusdan qorunmaq haqqında qaydalar vurulsun və ya salon əməkdaşları müştərilərə qaydalar yazılmış bildirişlər təqdim etsin. Yəni ola bilər ki, müştərinin heç bu virus haqqında anlayışı olmasın", – deyə o bildirib.

Tibbi məsələlər üzrə müstəqil ekspert Vüsal Həsənovun sözlərinə görə, ölkəmizdə koronavirusa yoluxma faktları daha yeni qeyd olunsa da, xeyli vaxtdır ki, koronavirusla oxşar əlamətləri özündə cəmləşdirən qrip növü demək olar ki, hər ailədə özünü göstərməkdədir. Hətta elə ailələr var ki, bütün ailə üzvləri bu qripdən əziyyət çəkirlər: "Amma nədənsə heç kim virusa harada və necə yoluxması barədə düşünmür, bunu belə də olmalıymış kimi qəbul edirlər. Əslində isə ictimai nəqliyyat vasitələri və iaşə obyektləri virusa yoluxma üçün nə qədər yüksək potensiala malikdirsə, gözəllik salonları və bərbərxanalar da bir o qədər riskli və təhlükəlidir. Heç bir fərqi yoxdur, gözəllik salonu və ya bərbərxana uçuq sökük bir yerdir, yaxud super təmir olunmuş bir məkandır. Burada əsas məsələ antisanitariya və gigiyena qaydalarının düzgün tətbiq olunmasıdır".

Gözəllik salonunda gözəllərə yaraşmayan hərəkət - qadın xəstəxanalıq oldu

Ekspert qeyd edir ki, bu gün heç bir gözəllik salonunda və ya bərbərxanada bu qaydalar ümumiyyətlə tətbiq olunmur.

V.Həsənov bildirir ki, saç qırxan alətlər, qayçılar, daraqlar və digər vasitələr xüsusi aparatların köməyi ilə sterilləşdirilmir. Heç bir müştəridən mümkün qədər onun hansısa xəstəliyinin olub olmaması barədə məlumat toplanılmır.

Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gözəllik salonlarından oğurluq edən qadın saxlanılıb

"İstənilən alət üzərində virusların yaşam müddəti 12 saatdır. Amma gözəllik salonlarında və bərbərxanalarda 12 saat ərzində ən azı 5-6 müştəriyə xidmət göstərilir. Bu viruslara yoluxmuş şəxslər potensial olaraq ailə üzvləri, ətrafdakılar üçün təhlükə mənbəyidir. Ona görə də, istər gözəllik salonlarında və bərbərxanalarda çalışanlar, istərsə də belə yerlərdə xidmət alanlar diqqətli olmalıdırlar", - deyə V.Həsənov bildirib.

Xatırladaq ki, COVID-19 adlandırılan koronavirus ötən ilin sonlarında Çinin Hubey əyalətinin Uhan şəhərində yayılmağa başlayıb.

Bu günə qədər dünyanın 100-ə yaxın ölkəsində müşahidə edilən virusa 120 minə yaxın adam yoluxub, 4 mindən çox xəstə şəxs vəfat edib.

Virus hava-damcı yolu ilə yayılır və bu günə qədər vaksini tapılmayıb.

Xəbər lenti
0