Yaşlanmanı necə gecikdirmək olar? Alimlər yolunu tapıblar

© Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər müəyyən ediblər ki, beyin yaşlanmasının ilk əlamətləri 47 yaşda peyda olur, 60 yaşa qədər isə koqnitiv qabiliyyətlərin deqradasiya sürəti pik həddinə çatır.

BAKI, 7 mart — Sputnik. Nyu-York Universitetinin (New York University) alimləri insanın yaşlanmasını yavaşlatmağın yollarını araşdırıblar. Sputnik Azərbaycan xəbər verir ki, tədqiqatın nəticələri "MedicalXpress" portalında dərc olunub. 

Пожилой мужчина и молодая девушка, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Alimlər: Bioloji yaşlanma doqquz əlamətlə müşayiət olunur

Mütəxəssislər müəyyən ediblər ki, beyin yaşlanmasının ilk əlamətləri 47 yaşda peyda olur, 60 yaşa qədər isə koqnitiv qabiliyyətlərin deqradasiya sürəti pik həddinə çatır.

Yaşlanma beynin bədənə daxil olan qlükozanı effektiv şəkildə emal etməyi dayandırması səbəbindən baş verir, buna görə də neyronlarda aclıq başlayır və beyin bölmələrinin qarşılıqlı əlaqəsini təmin edən şəbəkələrdə destabilizasiya baş verir.

Lakin bu prosesin qarşısını almaq və onu hətta əks istiqamətə çevirmək olar. Bunun üçün sadə karbohidratların qəbulunu minimuma endirən qida rasionuna keçmək lazımdır. Alimlər qlükozanı ketonlarla əvəz etməyi təklif ediblər. Tədqiqatçıların təcrübəsinə görə, belə bir pəhriz beyin bölmələrinin qarşılıqlı təsirini yaxşılaşdırır və ümumi koqnitiv fəaliyyəti artırır.

Xəbər lenti
0