Filippinin paytaxtı Manilada vəziyyət

Silahlı insident: 30 nəfər girov götürülüb

148
(Yenilənib 11:23 02.03.2020)
Şəhərin meri qeyd edib ki, silahlı şəxs ticarət mərkəzində atəş açıb, həmçinin onun qumbarası var. İnsident nəticəsində bir nəfər yaralanıb, o xəstəxanaya yerləşdirib

BAKI, 2 mart — Sputnik. Filippinin paytaxtı Manilada silahlı şəxs 30-a yaxın insanı girov götürüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Filippinin polisinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Hadisə ticarət mərkəzlərinin birində baş verib. KİV-in məlumatına görə insanları ticarətə mərkəzinin sabiq mühafizəçisi götürüb. Girov götürülən şəxslərin hamısı bu mərkəzin əməkdaşlıdır.

​Şəhərin meri qeyd edib ki, silahlı şəxs ticarət mərkəzində atəş açıb, həmçinin onun qumbarası var. İnsident nəticəsində bir nəfər yaralanıb, o xəstəxanaya yerləşdirib.

148
Stadler qatarı, arxiv şəkli

Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkəti dayandırılır

0
Bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.

BAKI, 5 iyun — Sputnik. Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibliyindən məlumat verilib.

Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.

0
 Bıçaq əlində kişi, arxiv şəkil

Arvadını öldürməyə cəhd edən şəxsi prokurorluq cinayət məsuliyyətinə cəlb etdi

0
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1986-cı il təvəllüdlü Ramiq Dadaşovun yaşadıqları evdə aralarında qısqanclıq zəminində yaranan münaqişə zamanı onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

BAKI, 5 iyun — Sputnik. İyunun 4-də saat 21 radələrində paytaxtın Sabunçu qəsəbə sakini 1990-cı il təvəllüdlü Günel Babayevaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, G.Babayevanın hadisə yerində olan şəxslərin köməkliyilə vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində həyatını xilas etmək mümkün olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1986-cı il təvəllüdlü Ramiq Dadaşovun yaşadıqları evdə aralarında qısqanclıq zəminində yaranan münaqişə zamanı onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

R.Dadaşov könüllü gələrək cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.

R.Dadaşov şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

0