CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisindən piyadalara çağırış

© AFP 2023 / MLADEN ANTONOVЖенщина на пешеходном переходе
Женщина на пешеходном переходе - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a bildirib ki, mütəmadi olaraq maarifləndirmə işləri aparılır.

BAKI, 27 fevral — Sputnik. Son vaxtlar piyada səhlənkarlığı ucbatından baş verən qəzaların sayı artıb. Ümumi yol-nəqliyyat hadisələrinin 60 faizindən çoxu piyadavurmaların payına düşür. Bununla bağlı maarifləndirici tədbirlər görülür. Lakin təəssüflə qeyd etmək lazımdır ki, lazım olan nəticələr tam əldə olunmayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a bildirib ki, mütəmadi olaraq maarifləndirmə işləri aparılır: "Bura həm reydlər, həm müxtəlif görüşlər, həm də sosial çarxlar daxildir. Dəfələrlə müraciətlər olunur, piyadaların hüquq və vəzifələri izah edilir. Təqdim olunan videoçarxda da piyadaların yolun hansı hissələrindən keçməsi, eyni zamanda keçidlərdən istifadə qaydaları izah edilir. Bundan əlavə tanınmış insanlar da müraciət edərək insanları maarifləndirir. Bütün bunlar yol hərəkətində piyadavurmaların sayının azaldılmasına hesablanıb."

Xəbər lenti
0