ABŞ dolları və avro, arxiv şəkli

Koronavirus dollar avronun məzənnəsinə təsir etdi

36
Avronun kursu da yüksələrək 71 rublu ötüb. Bu isə 2019-cu il dekabrın əvvəllərindən indiyədək ən yüksək həddir. Hazırda avronun məzənnəsində 2,24 faizlik artım müşahidə edilir və 1 avro 71,09 rubla bərabərdir.

BAKI, 25 fevral — Sputnik. Bu gün Moskva birjasında Rusiya rublu dollar və avroya nisbətdə ucuzlaşıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu, koronovirusun yayılması fonunda baş verib.

Bu gün Moskva vaxtı ilə saat 14:52-yə olan məlumata görə, birjada dolların kursu 85 qəpik yüksələrək 64,92 rubla çatıb. Avro isə 95 qəpik bahalaşıb və hazırda 1 avro 70,5 rubl dəyərindədir.

Moskva birjasının indeksi bu gün günorta saatlarında 1,42 faiz dəyər itirib və 3061,82-yə düşüb. Rusiya Fond Birjasının indeksi isə 2,73 faiz, 1483 bəndədək aşağı düşüb.

Fevralın 24-də ABŞ-ın əsas fond indeksi koronovirusun yayılması təhlükəsi fonunda aşağı düşməsi səbəbindən bağlanıb. S&P indeksi 500 dəyər itirərək 3225,89 bəndə qədər düşüb. Dow Jones indeksi isə 27 960,8 bəndədək aşağı düşüb. Nasdaq indeksi də 9221,28 bəndədək geriləyib.

Moskva birjasının ən son məlumatına görə isə dolların məzənnəsi 65 rubu keçib. Bu gün Moskva vaxtı ilə saat 16:30-a olan məlumata görə, Amerika valyutası 2 faiz bahalaşaraq 65,33 rubla çatıb.

Avronun kursu da yüksələrək 71 rublu ötüb. Bu isə 2019-cu il dekabrın əvvəllərindən indiyədək ən yüksək həddir. Hazırda avronun məzənnəsində 2,24 faizlik artım müşahidə edilir və 1 avro 71,09 rubla bərabərdir.

Bu gün səhər saatlarından başlayaraq rus rublu ABŞ və Avropa valyutası qarşısında dəyərini itirməkdə davam edir. Bunun əsas səbəbi kimi koronavirusun yayılması göstərilir. Bununla yanaşı Moskva birjasının indeksi 1,42 bənd aşağı düşüb.

36
 Meyitxana, arxiv şəkli

Parlamentin sabiq spikeri öldü

13
(Yenilənib 23:55 03.06.2020)
Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

BAKI, 3 iyun — Sputnik. Ermənistan Parlamentinin sabiq sədri Armen Xaçatryan vəfat edib. Sputnik Ermənistan xəbər verir ki, 63 yaşlı sabiq spiker davam edən ağır xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Xaçatryan 1999-2003-cü illərdə Ermənistan Parlamentinin spikeri olub. Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

13
Azərbacyan ordusunun hərbi qulluçuları Moskvada paradda, arxiv şəkli

Hərbçilərimiz Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər

6
Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

BAKI, 3 iyun — Sputnik. İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyət təmsil edəcək.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

6