Geni modifikasiya olunmuş məhsul, arxiv şəkli

Koronavirusdan da dəhşətli bəlanın qarşısı Azərbaycanda alınacaq

1270
(Yenilənib 14:51 21.02.2020)
Şəki-Zaqatala və Dağlıq-Şirvan iqtisadi rayonlarının bir hissəsində, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxda bazar əsaslı kənd inkişafı pilot layihələrinin reallaşdırılması, yerli və təbii qida məhsulları istehsalı ilə məşğul olan kooperativlər yaradılacaq

BAKI, 21 fevral — Sputnik. Azərbaycanın beş rayonda, Şəki-Zaqatala və Dağlıq-Şirvan iqtisadi rayonlarının bir hissəsində, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxda bazar əsaslı kənd inkişafı pilot layihələrinin reallaşdırılması, yerli və təbii qida məhsulları istehsalı ilə məşğul olan kooperativlər yaradılacaq.

Bu barədə bu gün Sputnik Multimedia Mətbuat Mərkəzində Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin (APPU) həyata keçirdiyi -"COVCHEG: Azərbaycanda Böyük Qafqaz dağları bölgəsində icma əsaslı Dəyiş Zəncirinin İnkişafı" proqramına həsr olunmuş tədbirdə məlumat verilib.

Tədbirdə APUU-nun layihə rəhbəri Fuad Bağırov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Aqrar Tədarük və Təchizat ASC Keyfiyyət və istehsal proseslərinə nəzarət departamentinin direktor müavini Vahid Məmmədov, biomüxtəliflik üzrə mütəxəssis Əlheydər Məmmədov və jurnalistlər iştirak ediblər.

© Sputnik / Murad Orujov
Tədbir

F.Bağırov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, ölkəmizdə bir sıra yerli və təbii kənd təsərrüfatı məhsullarının istehsalı unudulmaq üzrədir. Onların yerini isə xarici ölkələrdən gətirilmiş məhsullar tutur. F.Bağırov bildirib ki, layihənin icrasında məqsəd müxtəlif bölgələrimizdə unudulmaq üzrə olan yerli və təbii kənd təsərrüfatı məhsulları növlərini üzə çıxartmaq, onların istehsalını genişləndirməkdir: "Kənd təsərrüfatı sahəsində elə yerli məhsul növləri var ki, onlar öz adı, dadı ilə uzun illər alıcıların rəğbətini qazanıb. Amma bu gün bazarda həmin məhsulları tapmaq müşkülə çevrilib. Bəzən isə həmin məhsulların adı altında xaricdən gətirilən məhsullar satılır. Beləcə alıcılarda həmin məhsulun yerli təbii məhsul olmasına şübhə yaranır. Biz istəyirik ki, bu layihə çərçivəsində ağız dadımıza uyğun, uzun illər istifadə etdiyimiz təbii və yerli məhsulların istehsalı ilə məşğul olan kooperativlər yaradaq. Hansı ki, onların istehsal etdikləri yerli və təbii məhsulların keyfiyyətinə tam zəmanət veriləcək. Həmin kooperativlər istehsal etdikləri məhsulları satışa çıxartdıqda, artıq alıcı əmin olacaq ki, o, təbii yerli məhsuldur. Bu itməkdə olan yerli kənd təsərrüfatı məhsulları növlərinin yenidən istehsalının artmasına, alıcıların ekoloji təbii qidalardan istifadə etməsinə zəmin yaradacaq".

© Sputnik / Murad Orujov
Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin layihə rəhbəri Fuad Bağırov

AİB sədri Eyyub Hüseynov isə bu layihənin istehlakçılar üçün müsbət təsiri olacağını söyləyib. E.Hüseynov deyib ki, yerli və təbii qida məhsullarının istehsalı azaldıqca bazarda onların yerini genetik modifikasiya olunmuş xarici məhsullar tutur: "Həmin növlər çox məhsul verdiyi üçün istehsalçılar da həmin növləri əkib satmağa üstünlük verirlər. Bu isə öz yerli və təbii kənd təsərrüfatı növ və cinslərimizin unudulmasına gətirib çıxardır. Əgər yerlərdə yaradılacaq kooperativlər vasitəsilə öz təbii və yerli növ kənd təsərrüfatı məhsulları istehsal edilərsə, bu öncə əhalinin sağlam qidalanmasına müsbət təsir edəcək".

© Sputnik / Murad Orujov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Daha sonra Vahid Məmmədov ölkəmizdə kənddə istehsal olunan ekoloji təmiz məhsulların şəhərə gətirilməsinin təmin edildiyini bildirib. O, "Kənddən-şəhərə" layihəsinin uğurla icra edildiyini, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının paytaxtda satıldığını, yarmarkasının təşkil edildiyini vurğulayıb.

© Sputnik / Murad Orujov
Vahid Məmmədov

Əlheydər Məmmədov isə öz yerli və təbii növ kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, əhalinin də bu istiqamətdə maarifləndirilməsi vacibdir. Çünki, öz yerli və təbii məhsul növlərimiz orqanizmimiz üçün daha xeyirlidir. Tədbirin sonunda Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyi  (APPU) və Azərbaycan Azad İstehlakçılar Birliyi (ICU) arasında Əməkdaşlıq Sazişi imzalanıb.

© Sputnik / Murad Orujov
Əlheydər Məmmədov
1270

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

34
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

34
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Ombudsman Səbinə Əliyeva və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş

İsrail səfiri Ermənistanın mülki şəxsləri hədəfə alan hərbi hücumlarını pislədi

3
(Yenilənib 18:55 28.10.2020)
Səfir: "İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib".

BAKI, 28 oktyabr — Sputnik. Ombudsman Səbinə Əliyeva İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, müvəkkil Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin yalnız iqtisadi-strateji baxımdan deyil, həm də ənənəvi tarixi mədəni köklərə əsaslandığını, Azərbaycan və İsrail xalqlarının daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgə yaşayış nümunəsini bütün dünyaya nümayiş etdirdiklərini bildirib.

Görüş zamanı Müvəkkil Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində kütləvi insan hüquqları pozuntuları barədə məlumat verib. Müvəkkil bu ilin 27 sentyabr tarixindən Ermənistanın yeni torpaq iddiaları ilə Azərbaycana qarşı başlatdığı hərbi təcavüzü və hərbi təxribatları nəticəsində raket hücümuna məruz qalmış mülki yaşayış məntəqələrinə faktaraşdırıcı missiya fəaliyyəti çərçivəsində baş çəkdiyini, yaralanan mülki şəxslərlə və həlak olanların yaxınları ilə görüşdüyünü bildirib. Qeyd olunub ki, araşdırmalar zamanı toplanan faktoloji materiallar əsasında hazırlanan 4 aralıq hesabat aidiyyəti beynəlxalq qurumlara göndərilib.

© Photo : The Commissioner for Human Rights. (Ombudsman) of the Republic of Azerbaijan
Ombudsman Səbinə Əliyeva və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş

Müvəkkil, həmçinin bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən yenidən Bərdə şəhərinin mülki əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan zərbələr endirildiyini, nəticədə 20-dən çox mülki şəxsin həlak olduğunu, 60-dan çox şəxsin yaralandığını, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini səfirin diqqətinə çatdırıb.

Səfir qeyd edib ki, Azərbaycan ilə İsrail arasındakı dostluq əlaqələri dərin tarixi köklərə malikdir. İki ölkə arasında iqtisadi, enerji, təhlükəsizlik və turizm sahəsindəki əlaqələr əlaqələr, eyni zamanda Azərbaycan və İsrail xalqları arasındakı qarşılıqlı münasibətlər də çox yüksək səviyyədədir. C.Dik Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumların ciddi təəssüf hissi doğurduğunu və vəziyyətlə yaxından tanış olmaq məqsədilə Gəncə və Mingəçevir şəhərlərinə getdiyini, xəsarət alan və mülkləri zərər görən şəxslərlə görüşdüyünü bildirib. Səfir Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn tələblərinin pozularaq mülki şəxslərə qarşı edilən hərbi hücumların ciddi şəkildə insan hüquqları pozuntusuna yol açdığını vurğulayıb. Qeyd olunub ki, İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə