Sumqayıt teatrı uzun illərdən sonra monotamaşa təqdim edəcək

© © Sputnik / Kamal Almuradlı"Uşaqlıq" hekayəsi
Uşaqlıq hekayəsi  - Sputnik Azərbaycan
Abunə olmaq
Əsər haqqında məlumat verən rejissor bu qadının dramatik tarixçəsi olduğunu söylədi: "Sirkdə, şənliklərdə iştirak edən xanım bir oğlanla tanış olur. Ondan hamilə qalır. Oğlan isə qadından imtina edir. Çünki onun öz ailəsi var".

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 21 fevral — Sputnik. Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Ülviyyə Heydərovanın "Uşaqlıq" hekayəsi əsasında gənc aktrisa İlahə Səfərova ilə maraqlı monotamaşa üzərində yaradıcılıq işi aparır.

"Məşqləri gedən monotamaşanın maraqlı süjet xətti var. Mövzu qadın kloundur. Biz həmişə kişi kloun mövzusunun işləndiyini görmüşük", -  bu sözləri Sputnik Azərbaycan-a açılamasında tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmov bildirib. Əsər haqqında məlumat verən rejissor bu qadının dramatik tarixçəsi olduğunu söylədi:

© © Sputnik / Kamal Almuradlı"Uşaqlıq" hekayəsi
Sumqayıt teatrı uzun illərdən sonra monotamaşa təqdim edəcək - Sputnik Azərbaycan
"Uşaqlıq" hekayəsi

"Sirkdə, şənliklərdə iştirak edən xanım bir oğlanla tanış olur. Ondan hamilə qalır. Oğlan isə qadından imtina edir. Çünki onun öz ailəsi var. Bundan sonra qadın problemlərlə üzləşir. Əgər bətnindəki uşaq böyüsə, o fəaliyyət göstərə bilməyəcək". Əsərdə maraqlı məqamlardan biri də odur ki, həmin xanım özü yetimlər evində böyüyüb, ata-anası tərəfindən atılıb. Rejissorun səhnə yozumuna görə tamaşa boyu qadın bətnindəki uşaqla dialoqa girir. Ona hətta təklif edir ki, "nə var axı bu dünyada?" bəlkə sən özün istəyinlə dünyaya gəlməyəsən. Qadın çox mübarizə aparsa da, aciz qalaraq abort etdirir. F.Məhərrəmov bununla cəmiyyətdəki sosial problemi səhnələşdirmək istədiyini vurğuladı.

© © Sputnik / Kamal AlmuradlıXalq artisti Firudin Məhərrəmov
Sumqayıt teatrı uzun illərdən sonra monotamaşa təqdim edəcək - Sputnik Azərbaycan
Xalq artisti Firudin Məhərrəmov

Firudin müəllim monotamaşa hazırlanmasının səbəbini belə izah etdi: "Böyük tamaşaları dünyaya çıxartmaq, beynalxaq festivallara aparmaq mümkün olmur. Bütün teatrlar indi çalışır ki, az sayda aktyor iştirak edən tamaşalar hazırlasın. Mono lap sərfəlidir. Çünki burada bir aktyor iştirak edir".

© © Sputnik / Kamal Almuradlı"Uşaqlıq" hekayəsi
Sumqayıt teatrı uzun illərdən sonra monotamaşa təqdim edəcək - Sputnik Azərbaycan
"Uşaqlıq" hekayəsi

Tamaşanın təhvil vaxtından danışan rejissor bildirib ki, tamaşada ağır psixoloji səhnələr var: "Aktrisadan çox şey asılıdır. Çalışırıq ki, ayın sonuna təhvil verək".

Qeyd edək ki, tamaşada qadın rolunun ifaçısı İlahə Səfərovadır. Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səs operatoru Rauf Əliyev, işıqçı Nadir Həşimovdur.

Xəbər lenti
0