CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"AzerGold" son üç ildə dörd yüz milyon manatadək vəsait cəlb edib

© Sputnik / Murad OrujovКупюра номиналом в 200 AZN, фото из архива
Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çovdar filiz emalı sahəsində hasil edilən qızıl və gümüşdən 5, 10 və 20 qramlıq 999.9 əyarlı yüksək keyfiyyətli külçə və sikkələr istehsal edilib

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti son üç ildə 400 milyon manatadək vəsait cəlb edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, 2017-2020-ci illərdə 173 min unsiyadan çox qızıl və 290 min unsiya gümüşün satışından ümumilikdə ölkə iqtisadiyyatına 399,3 milyon manat vəsait cəlb edilib". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə bildirib.

Z.İbrahimovun sözlərinə görə, rəhbərlik etdiyi qurum ölkədə əlvan metalların işlənməsi, hasilatı və onların dünya birjalarına ixracı ilə məşğul olaraq ölkədə qeyri-neft sənayəsinin liderlərindən birinə çevirib: "AzerGold” 2017-ci ildə bir sıra çoxsaylı yoxlamalardan, o cümlədən də beynəlxalq audit yoxlamalarından uğurla keçib və İsveçrənin dünyaca məşhur aparıcı affinaj şirkətlərindən biri ilə müqavilə bağlayaraq, Azərbaycanda hasil edilən metalları dünya bazarına çıxara bilib".

"Bu əməliyyatlar nəticəsində dövlət büdcəsinə 30,6 milyon manatdan çox vergi və rüsum ödənilib. Bunun 3,8 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, 26,8 milyon manatı isə Vergilər Nazirliyinə ödənilib. Hasil edilən qiymətli metalların beynəlxalq bazarlarda reallaşdırılması ilə yanaşı, hazırda Azərbaycan Dövlət Neft Fondu, Prezident İşlər İdarəsinə məxsus “Azərsuvenir” MMC və bir sıra digər qurumlarla qızıl və gümüş təminatı istiqamətində də işlər görülüb. Biz bir il öncə, daha dəqiq desək, ötən ilin fevral ayından etibarən ölkənin pərakəndə bazarında müvafiq məhsulların satışına başladıq", - deyə o əlavə edib.

Z.İbrahimovun sözlərinə görə, hazırda Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində hasil edilən qızıl və gümüşdən 5, 10 və 20 qramlıq 999.9 əyarlı yüksək keyfiyyətli külçə və sikkələr istehsal edilib və hazırda şəhərin 12 müxtəlif nöqtəsində, həmçinin onlayn platforma üzərindən satışı həyata keçirilir: "Üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının Çələbi naxışı əks olunmuş bu məhsullar mədəniyyətimiz, incəsənətimiz və tariximizi, bir sözlə milli dəyərlərimizi təşviq edir. Bu layihənin icra edilməsinin əsas məqsədi ilk növbədə yerli istehsalın dəstəklənməsi və “Made in Azerbaijan” brendinin təşviq edilməsidir. Məhsulların satışından əldə edilə biləcək minimal mənfəət nəzərə alınaraq onlar satışa çıxarılır".

"Məmulatlarımız Azərbaycan mənşəli xammaldan istehsal olunduğuna görə xammal üzrə gömrük rüsumu ödənilmir. Amma bununla belə təəssüflə vurğulamalıyam ki, hazırda bazarda mövcud oxşar tipli məhsulların qiyməti bizim məhsullardan nəzərəçarpacaq dərəcədə aşağıdır. Bənzər kateqoriyadan olan idxal məhsullarının daha ucuz qiymətlə bazarda təklif edilməsinin isə səbəbləri müxtəlifdir. Onlardan biri də budur ki, bazar iştirakçılarının məhsulları alternativ yollarla (yəni qaçaqmalçılıq, vergilərdən yayınma və s.) satışa çıxarması və müvafiq nəzarət orqanının mövcud olmamasından istifadə edərək göstəriləndən daha az əyarlı məhsulları alıcılara təqdim etməsidir", - deyə Z.İbrahimov əlavə edib.

Xəbər lenti
0