Ofis, arxiv şəkli

Gələcək peşələri necə seçməli: problem böyüklərdədir, ya kiçiklərdə

34
(Yenilənib 01:41 12.02.2020)
Yaranan problemi necə aradan qaldırmaq və orta təhsil alan şagirdlərə gələcək peşə seçimində necə kömək etmək olar - ekspertlər deyəcək

Bir neçə il əvvəl Azərbaycanda orta təhsil sistemində islahat prosesi başlandı və bu təhsilin müasir dövrün tələblərinə uyğun qurulmasına cəhd edildi.

Dəyişikliklərə əsasən, siniflərdə texniki fənlərin sayı 9-a, riyazi-iqtisadi və humanitar fənlərin sayı 8-ə, təbiətşünaslıq fənlərinin sayı isə 10-a endirildi. Bütün siniflərdə Azərbaycan (rus) dili, xarici dil və ədəbiyyat tədris olunmağa başladı. Riyaziyyat, Azərbaycan tarixi, bədən tərbiyəsi, çağırışaqədərki hazırlıq fənləri də tədris olunanlar arasındadır. Bununla yanaşı, bəzən elə olur ki, nə şagirdlər, nə də valideynlər son günə qədər peşə seçimi ilə bağlı bir qərara gələ bilmirlər.

Yaranan problemi necə aradan qaldırmaq və orta təhsil alan şagirdlərə gələcək peşə seçimində necə kömək etmək olar? Bu barədə 13 fevral saat 12: 00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan mətbuat konfransında mütəxəssislər danışacaqlar. İştirak edəcəklər:

Nadir İsrafilov - Azərbaycan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini;

İnarə Vəliyeva - "Dərs evi" innovativ təhsil mərkəzinin direktor müavini;

Nigar Qadaşova - təhsil sahəsi üzrə ekspert.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84 / 85

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə

34