Kosalar kənd sakini Asif Zöhrabov

Azərbaycanlı koronavirus əleyhinə dərman düzəldib

1652
(Yenilənib 13:19 08.02.2020)
"Tam olaraq əminəm ki, onun vasitəsilə nəinki koronavirusun, eyni zamanda bir çox digər virusların yayılmasının qarşısını almaq mümkündür"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Qazax rayon Kosalar kənd sakini Asif Zöhrabov Çində yayılan öldürücü yeni növ koronavirusun insandan insana keçərək yayılmasının qarşısını ala biləcəyini iddia edir. Sputnik Azərbaycan bildirir ki, o, 10 günə yaxın müddət ərzində üzərində işlədiyi maddənin artıq hazır olduğunu bildirib. Onun sözlərinə görə, hazırladığı dərman sprey formasındadır və püskürüldüyü yerlərdə virusun yayılmasının qarşısını almaq qabliyyətindədir.

A.Zöhrabov qoruyucu spreyi hazırlamaq üçün tütün, kükürd, sarımsaq və bir neçə digər maddənin qarışığından istifadə etdiyini bildirib.

  • Koronavirus əleyhinə dərman düzəldib
    © Sputnik / Ilham Mustafa
  • Koronavirus əleyhinə dərman düzəldib
    © Sputnik / Ilham Mustafa
  • Kosalar kənd sakini Asif Zöhrabov
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Koronavirus əleyhinə dərman düzəldib

"Koronavirus haqda söhbətlər başlayanda mən də ondan necə qorunmağın yollarını fikirləşməyə başladım və bu spreyi hazırladım. Tam olaraq əminəm ki, onun vasitəsilə nəinki koronavirusun, eyni zamanda bir çox digər virusların yayılmasının qarşısını almaq mümkündür. Bununçün xəstəliyin yayıla biləcəyi yerlərin bu spreylə dezinfeksiya edilməsi kifayət edir", - deyə məlumat verib.

A.Zöhrabov niyyətinin ölkəmizi bu virusdan qorumaq və bacardığı qədər insanlara yardım etmək olduğunu söyləyib.

1652
Əlaqədar
Koronavirusdan ölənlərin sayı artır
Koronavirus barədə danışan həkim öldü
Koronavirusun Azərbaycan iqtisadiyyatına müsbət təsiri aşkarlanıb
Koronavirusdan qorxanlar tələyə düşə bilərlər
Koronavirusla mübarizə aparmağın acı nəticəsi - ŞOK görüntülər
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

1
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

1
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

3
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

3