Bakıda qarlı havada avtobus, arxiv şəkli

Bakı Nəqliyyat Agentliyindən daşıyıcılara xəbərdarlıq

26
(Yenilənib 22:56 07.02.2020)
Sərnişinlərdən xahiş edilir ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər.

BAKI, 7 fevral — Sputnik. Havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib. Daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

"Həmçinin, sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etsinlər, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədə uyğundur.

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir", - deyə qurum bəyan edib.

26
Moskvada Gəncənin atəşə tutulması nəticəsində həlak olanlara xatirə lövhəsi

Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı

3
(Yenilənib 21:54 20.10.2020)
Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Çex Respublikasında Azərbaycan İcması" təşkilatının təşəbbüsü ilə Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Çexiya ictimaiyyətinin diqqətini vandalizm aktlarına yönəltmək üçün soydaşlarımız təsirli bir vasitədən - rəmzi məna daşıyan sahibsiz ayaqqabılardan və oyuncaqlardan istifadə ediblər. Soydaşlarımız hər bir insanı Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər. Soydaşlarımızın təşkil etdikləri aksiyada Praqa sakinləri azərbaycanlı şəhid uşaqların "sahibsiz ayaqqabıları"na şahidlik ediblər. Bundan başqa, "Sarı gəlin" mahnısının sədaları altında yekunlaşan aksiyanın sonunda soydaşlarımız meydanı tərk edib, meydanda sahibsiz ayaqqabılar, yanan şamlar və gəlinciklər qalıb.

Yunanıstanda da oktyabr ayının 16-dan 17-nə keçən gecə Gəncədə baş vermiş terrorun qurbanları anılıb.

Estoniyanın Tallin şəhərində Azərbaycan Evinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb.

İspaniyanın Madrid şəhərində, Macarıstanın Budapeşt şəhərində, Özbəkistanın Daşkənd şəhərində, Misirin Qahirə şəhərində, Rusiyanın Moskva şəhərində, İsveçrənin Bern şəhərində, Tacikistanın Düşənbə şəhərində, Litvanın Vilnüs şəhəridə, Böyük Britaniyanın London şəhərində, Çinin paytaxtı Pekində də dəhşətli gecənin qurbanları anılıb.

3
Əlaqədar
“Qızımın vəziyyətinin necə olduğunu hələ də bilmirəm” – Gəncə faciəsinin qurbanı
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Dünya azərbaycanlıları Gəncə terroru barədə dünyaya car çəkib
Gəncə terrorunda gözlərini itirən Pərvin - "O, bir daha balalarını görə bilməyəcək"
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Zəngilan rayonu

Zəngilan şəhəri 27 il sonra - quş uçuşundan

13
(Yenilənib 21:30 20.10.2020)
Azərkosmos" işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb: Zəngilanın təbiəti, tarixi abidələri ermənilər tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr — Sputnik. "Azərkosmos" işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüntü peyk operatorunun Facebook səhifəsində dərc olunub. "Azərkosmos" bu barədə yazıb:

"Ali Baş Komandan İlham Əliyev bu gün yeni zəfər müjdəsi verdi. Zəngilan şəhəri 27 ildən sonra düşmənin işğalından azad olundu. Zəngilan şəhərinin "Azersky" peykindən bu gün çəkilmiş təsvirini sizinlə bölüşürük. Zəngilan rayonunda dünyanın nadir təbiət incilərindən olan çinar ağacları ilə zəngin Bəsitçay Dövlət təbiət qoruğu bu illər ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və talan edilib. İşğalçıların ekologiyaya etdiyi dağıdıcı təsir nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib".

"Azərkosmos" həmçinin qeyd edib ki, Zəngilan rayonunun ərazisində orta əsrlərə aid və öz memarlıq üslubuna görə seçilən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi də təəssüf ki, işğalçıların dağıtdığı tarixi mədəniyyət abidələrimiz sırasındadır. Bu gün ölkəmizin uğurlu siyasəti və qüdrətli ordusu illərdir səbirsizliklə gözlədiyimiz torpaqlarımızın azad olunması xəbərləri ilə xalqımızı sevindirir, tezliklə tam qələbə çalmağımıza inamımızı daha da artırır.

Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!

13