Balıq ovu, arxiv şəkli

Sivil ov qaydalarına zidd gedən şəxslər cəzalandırılıb

22
(Yenilənib 18:57 07.02.2020)
"Qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, sivil ov qaydalarına ziddir " - Kənan Kərimov

BAKI, 7 fevral — Sputnik. Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd İmişli rayonu ərazisindəki daxili su hövzələrində keçirilib. Reyd zamanı rayonun Qaragüvəndikli kəndi ərazisində yerləşən sututarlarda qanunla qadağan olunmuş elektrik cərəyanı vasitəsilə balıq ovlayan şəxslər saxlanılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimov bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin İmişli rayon sakinləri Xəyyam Məmmədov və Vüsal Hüseynov olduqları müəyyən edilib, onlardan qadağan olunmuş ov alətləri götürülüb. Təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün İmişli rayon Polis şöbəsinə müraciət olunub: "Qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, sivil ov qaydalarına ziddir. Hər kəsi sivil qaydalarla balıq ovlamağa və qadağan olunmuş vasitələrlə balıq ovundan çəkinməyə, ictimaiyyəti isə bu məsələdə sərt, ciddi mövqe tutmağa çağırırıq. Hesab edirik ki, cəmiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar".

K.Kərimli ictimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə hüquq-mühafizə orqanlarına və ETSN-yə məlumat verməyi xahiş edib.

22
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

16
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

16
Erməni hərbçisinin çəkməsi, arxiv şəkli

Hikmət Hacıyev: Ermənistanda uşaqlardan əsgər kimi istifadə humanitar qanunlara ziddir

17
Prezidentin köməkçisi Ermənistanda uşaqlardan əsgər kimi istifadənin beynəlxalq humanitar qanunlara zidd olduğunu bildirib.

BAKI, 24 oktyabr — Sputnik. “Video Ermənistanda uşaq əsgərlərin olduğunu əks etdirir. Bu araşdırılmalıdır. 15 yaşınadək uşaqların əsgər kimi götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquq - müqavilə və qaydaya görə qadağandır və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayəti kimi təyin olunur. UNICEF, ICRC”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında paylaşıb.

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə