SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gerasimov Bakıda - NATO ilə təkbətək

© Sputnik / Evgeniy Biyatova / Mediabanka keçidНачальник Генерального штаба Вооруженных сил РФ - первый заместитель министра обороны РФ, генерал армии Валерий Герасимов, фото из архива
Начальник Генерального штаба Вооруженных сил РФ - первый заместитель министра обороны РФ, генерал армии Валерий Герасимов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
RF ilə NATO arasında münasibətlərin siyasi həlli diplomatik yolla tənzimlənməlidir. Bakıdakı müntəzəm görüşlər isə gərginliyi azaltmağa imkan verir, çünki bircə təsadüf bütün diplomatik səyləri puç edə bilər

Təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Krutikov Sputnik Azərbaycan üçün

BAKI, 5 fevral — Sputnik. Bakıda fevralın 6-7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Valeri Gerasimovla NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı Tod Uolterin görüşü planlaşdırılıb. "Gündəlikdəki məsələlər barədə ancaq tərəflər məlumatlıdır. Bakı ənənəvi görüş yeridir", - diplomatik mənbə bildirib.

Вид на телебашню и Flame Towers в Баку - Sputnik Azərbaycan
RUSİYA
Rusiya NATO ilə Bakıda danışıq aparacaq, mümkün tarix açıqlandı

Rusiya-NATO formatındakı əvvəlki görüş 2019-cu il noyabrın 26-da Bakıda keçirilmişdi. O zaman RF Müdafiə Nazirliyinin məlumatına görə, V.Gerasimovla NATO Hərbi Komitəsinin başçısı, baş aviasiya marşalı Stüart Piç Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması tədbirlərini və hərbi ekspertlərin dialoqunun bərpası perspektivlərini müzakirə etmişdilər.

Bakı - eksklüziv meydan kimi

Xatırladım ki, Rusiya ilə NATO arasında qarşılıqlı münasibətlər iki dəfə dayandırılıb. İlk dəfə bütün əlaqələr 2008-ci ildə Cənubi Osetiyada baş verən münaqişədən sonra dondurulmuşdu, ancaq o zaman bu "buzlaşma" cəmi bir ildən bir az çox vaxt çəkmişdi. 2014-cü ildə NATO birtərəfli qaydada Rusiyanın hərbi və diplomatik strukturları ilə bütün əlaqələri kəsdikdən sonrakı dövr isə bir qədər uzandı. Münasibətlərin ləng bərpası ancaq 2017-ci ildən - elə general Gerasimovun NATO-nun Avropadakı qruplarının ardıcıl olaraq dəyişən rəhbərləri və Şimali Atlantika Alyansının hərbi komitəsinin başçıları ilə müntəzəm görüşləri ilə başladı.

NATO yeni ilə Rusiyaya hücumu məşq etməklə başlayacaq

Bu cür görüşlərin məkanı kimi Azərbaycan paytaxtı seçildi - siyasi cəhətdən həm RF-dən, həm də NATO-dan eyni uzaqlıqda yerləşən Bakı. Düzdür, Azərbaycan Silahlı Qüvvələri Rusiya hərbi texnikası ilə təchiz olunub, NATO ilə isə Bakının xüsusi əməkdaşlıq proqramı var, ancaq ümumilikdə götürəndə məhz bu Qafqaz ölkəsi bu cür görüş və danışıqlar üçün neytral hesab edilə bilər. Gürcüstanın mövqeyi açıq-aşkar NATO yönümlü və son dərəcə Rusiyadan uzaqdır, Ermənistan isə əksinə, Moskvanın pərəstişkarı sayılır, düzdür, son vaxtlar buna da bir qədər şübhəli yanaşmaq olar. 

Belə alınıb ki, əgər indi Şərqi Avropanın xəritəsinə baxsaq, yalnız Bakının belə unikal mövqeyi olduğunun şahidi ola bilərik. Hətta formal cəhətdən neytral hesab edilən Finlandiya bununla öyünə bilməz. Bundan başqa, Azərbaycan rəhbərliyi danışıqlar üçün əlverişli ab-hava yaratmağı bacarıb. Ölkə başçısı İlham Əliyev ənənəvi olaraq həm general Gerasimovla, həm də onun amerikalı müsahibləri ilə görüşür. Ümumilikdə Bakı bu cür görüşlərin davam etdirilməsində maraqlıdır, çünki hər şeydən əlavə, bu, Azərbaycanın bu cür unikal imkan təklif etməyə qadir ölkə kimi prestijini artırır.

Bəzi təcrübələr itirilib

NATO müdafiə xərclərini artırır: Bəs Rusiya silahlanma yarışına qoşulacaqmı?  - Sputnik Azərbaycan
VİDEO
NATO müdafiə xərclərini artırır: Bəs Rusiya silahlanma yarışına qoşulacaqmı?

Əlbəttə, Rusiya ilə NATO-nun qarşılıqlı münasibətlərinin, heç olmasa, 2014-cü ildəki səviyyəyə qayıtması arzuolunandır. "Buzlaşma" dövrü ərzində münasibətlərdə həddən artıq çox şey itirildi. Əlaqələrin səviyyəsi o həddə düşdü ki, Rusiyanın NATO-dakı səfiri Aleksandr Qruşkoya Alyansın mənzil-qərargahına birdən çox köməkçi ilə gəlmək qadağan edildi, səfirliyin  işçilərinin sayı isə minimuma endirildi. Ancaq bu, bir nümunə olsa da, məsələnin zahiri görünüşüdür.

Rusiya ilə qərb alyansı arasında daim fəaliyyət göstərən xeyli sayda qrup və komissiya vardı, onlar təkcə hərbi deyil, ümumhumanitar funksiyaları da yerinə yetirirdilər. Məsələn, nə qədər qəribə olsa da, sularda xilas üzrə birgə komissiyanın işi dayandırılıb. Operativ əməkdaşlığın sualtı qayıqların heyətinin xilası məsələsində dayandırılması xüsusən xoşagəlməzdir. Analoji olaraq bu sahədə ABŞ-la da ikitərəfli əlaqələr dayandırıldı. Və bu cür komissiya və ümumi danışıqlar meydançalarının sayı kifayət qədər idi.

"Ölü beyin"lə yubiley: Rusiya NATO-dakı fikir ayrılığından qalib çıxa biləcəkmi?

Ayrıca hekayə Əfqanıstandakı missiyanın texniki təchizatı məsələsində RF və NATO arasında əməkdaşlıqla bağlıdır. Bu kanal bir neçə dəfə açılıb və qapanıb ki, bu da missiyanın bütövlükdə təminatını sual altında qoyur, çünki Rusiya ərazisindən keçməsi nəzərdə tutulan tranzit marşrut bağlıdır. Xüsusi nəqliyyat təyyarəsinin birgə işlənib-hazırlanması layihəsi isə Ukrayna tərəfinin günahı ucbatından dayandırıldı. Onun layihələndirilməsində Ukraynanın "Antonov" korporasiyasının da iştirakı nəzərdə tutulurdu, ancaq 2014-cü ildən sonra Kiyev layihədən çıxdı.

Təhlükə nümayişi həddində olan təlimlər

NATO-nun "Genişləndirilmiş operativ mövcudluq" adlandırılan proqramı da vəziyyəti əlavə olaraq gərginləşdirdi. Təcrübədə bu, Rusiya sərhədlərinə NATO-nun arxa cəbhə ölkələrinin hərbi bölmələrinin yığılması və sərhəd dövlətlərində müxtəlif növ qərargahların, o cümlədən diviziya qərargahlarının yaradılmasıdır.  Əgər sadə dillə izah etsək, Polşa, Rumıniya və Baltikyanı ölkələrin ərazilərinə rotasiya qaydasında Qərbi Avropa və ABŞ-dan kadr hissələri yer dəyişib. Haradasa yüz il bundan öncə Polşa və Litvada diviziya qərargahlarının yaradılmasını birbaşa müdaxilə təhlükəsi kimi qiymətləndirmək olardı, çünki belə qərargahlar mobilizasiya zamanı hazır rabitə və idarəetmə infrastrukturuna malik tam qüvvəli diviziyaya çevrilir.

Истребитель НАТО приблизился к самолету министра обороны РФ - Sputnik Azərbaycan
RUSİYA
Rusiya ilə NATO-nun səma "dava"sı - VİDEO

Elə bu fonda Rusiyanın hava sərhədləri yaxınlığında NATO aviasiyasının daimi patrul əsasında zühuru gücləndi, düşmənçilik fəaliyyəti imitasiyası yaratmaq cəhdləri, kəşfiyyat uçuşları çoxaldı. Qara və Baltik dənizlərində, Şimalda vəziyyət gərginləşdi. 

Son bir neçə il ərzində həm Rusiya, həm də NATO sərhədə çox yaxın zonalarda bir sıra irimiqyaslı təlimlər keçirdilər, NATO isə üstəlik tank batalyonunun Almaniyadan Pribaltikaya nümayişkaranə yürüşünü təşkil elədi. Estoniya və Litvada əsasən Amerikaya məxsus ağır texnika peyda oldu. Bu addımların hərbidən daha çox, siyasi xarakterli olmağı gün kimi aydın olsa da, vəziyyət yaxşıya doğru dəyişmir.

NATO öz növbəsində RF Silahlı Qüvvələrinin cavab olaraq müdafiə fəaliyyətindən panikaya düşür. Alyans ölkələrinin hərbi gəmilərinin üzərindən çox alçaqdan uçuşlar və Rusiyanın hava sərhədlərindən NATO kəşfiyyat təyyarələrinin sıxışdırılıb çıxarılması xüsusilə əsəbi reaksiya doğurur. NATO-nun hazırkı əsgər və zabitlərinin mentaliteti rusiyalı həmkarlarınınkından tamamilə fərqlənir və bu cür rutin fəaliyyətləri NATO-nun dənizçi və pilotları həddən artıq "aqressiv" hesab edirlər, baxmayaraq ki, ruslar heç bir naviqasiya və uçuş qaydasını pozmurlar.  

Azərbaycan-Rusiya-NATO: Bakıdakı danışıqların özəllikləri

Sərdhəddən qovmaq

General Gerasimovun Bakıdakı NATO rəsmiləri ilə görüşləri əsasən havada və dənizdəki mümkün insidentlərin qarşısının alınmasına aid idi. Qeyd etmək lazımdır ki, təhlükəli kəsişmələrin sayı, doğrudan da, azalıb, amma burada suallar məhz NATO-ya yönəlməlidir, çünki Rusiya aviasiya və donanması NATO obyektlərini öz sərhədlərindən qovmağa məcbur olur, əks hadisələr isə həddən artıq nadir baş verir və əsasən Pribaltika ölkələrinin panikaya düşməsi ilə əlaqədar olur. 

Bundan başqa, Suriyada qarşılıqlı fəaliyyət məsələləri də var və bunlar bir struktur kimi NATO-nun səlahiyyətlərinə daxil olmasa da, faktiki olaraq Alyansa üzv ölkələrin xırda hərbi bölmələri bölgədə mövcuddur.

Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Valeri Gerasimovu qəbul edib

Hesab olunur ki, RF və NATO arasında qarşılıqlı münasibətlərin siyasi həlli məhz diplomatik yolla tənzimlənməlidir. Bakıda keçirilən müntəzəm danışıqlar praktiki cəhətdən gərginliyi azaltmağa imkan verir, çünki əslində istənilən bir təsadüf bütün diplomatik səyləri puça çıxara bilər. Digər tərəfdən, bu cür danışıq ünsiyyəti faktının özünü 2014-cü ildə istənilən qarşılıqlı fəaliyyətlərin dondurulması fonunda diplomatik uğur hesab etmək olar. 

Mənbələr vurğulayırlar ki, "real gündəliyi yalnız danışığı aparan tərəflər bilirlər", ancaq bu gündəlik görüşdən-görüşə genişlənir. Həmçinin diplomatik meyarlarla götürəndə Bakıdakı görüşlər daha tez-tez keçirilməyə başlanıb. Əlbəttə, NATO tərəfindən hər dəfə orada fərqli insanlar iştirak edirlər, amma Gerasimov elə həminkidir, ancaq bu görüşlərin gündəliyinin genişlənməsi faktının özü gec və ya tez təbii olaraq danışıqların sırf hərbi-məsləhətləşmə müstəvisindən siyasi müstəviyə keçməsi zərurətini ortaya qoyacaq.

Xəbər lenti
0