Əfqanıstanda qəzaya uğramış ABŞ təyyarəsinin qalıqları, arxiv şəkli

"Ayətullah" belə zərərsizləşdirildi Süleymaninin qisası yerdə qalmadı

2204
(Yenilənib 12:18 28.01.2020)
D'Andrea İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsinə görə də məsuliyyət daşıyıb.

BAKI, 28 yanvar — Sputnik. Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranda əməliyyatlarına rəhbərlik edən Maykl D'Andrea ABŞ təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olub. Bu barədə Sputnik Azərbaycan Qərb KİV-nə istinadən xəbər verir.

MKİ-nin mobil bazası hesab edilən təyyarənin "Taliban" tərəfindən vurulduğu bildirilir. Məlumatda həmçinin qeyd olunur ki, Amerikanın ən təkmil casus platforması və mobil komanda mərkəzi bütün təchizatları və sənədləri ilə birgə "Taliban"ın əlinə keçib.

"Ayətullah Mayk" və Qara Şahzadə ləqəbləri ilə də tanınan Maykl D'Andreanın da Əfqanıstanın Qəni şəhərində vurulan təyyarədə olduğu bildirilir.

"Ayətullah Mayk" ABŞ MKİ-nin Yaxın Şərq regionunda ən tanınmış siması hesab olunur.

D'Andrea İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsinə görə də məsuliyyət daşıyıb.

Bundan əlavə, De Andrea Əl-Qaidə terror təşkilatının rəhbəri Usama Bin Ladenin zərərsizləşdirilməsi zamanı dronlarla bağlı proqramına rəhbərlik edib.

Raket buraxılışı, arxiv şəkli
© Senior Airman Ian Dudley/Vandenberg Air Force Base via AP

MKİ rəsmisi eyni zamanda regionda İranın nüfuzunu və şiə təsirini azaltmaq üçün İran və İraqda etiraz aksiyalarına fəal dəstək verib.

Hələlik rəsmi Vaşinqton təyyarə qəzası nəticəsində Maykl D'Andreanın ölməsinə dair yayılan məlumatları nə təkzib, nə də təsdiq edir.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını, 34 hərbçinin xəsarət aldığını bildirib.

2204