Tibb işçisi Çinin Uxan şəhərində yeni virusa yoluxmuş şəxslərin saxlanıldığı tibbi müəssisədən bioloji tullantılarla dolu konteyneri çıxarır, arxiv şəkli

Dünya tikan üstündədir, virus daha bir ölkəyə yayıldı

132
(Yenilənib 18:28 25.01.2020)
Nepalın hava limanında 3 əfərdə də koronavirus əlamətlərinə bənzər simptomlar aşkarlanıb. Həmin şəxslər də nəzarətə alınıb

BAKI, 25 yanvar — Sputnik. Çində yayılan koronavirus daha bir ölkəyə ayaq açıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, virus artıq ölkə sərhədlərini aşaraq Nepala keçib. Bununla əlaqədar olaraq Nepalın Səhiyyə Nazirliyi məlumat paylaşıb. Məlumatda qeyd olunur ki, bu virus məktəbli qızda aşkarlanıb. Xəstədən götürülən analizlərlə onda bu virusun olduğu aşkarlanıb. Bundan başqa, Nepalın hava limanında 3 nəfərdə də koronavirus əlamətlərinə bənzər simptomlar aşkarlanıb. Həmin şəxslər də nəzarətə alınıb.

Qeyd edək ki, virus ötən ilin dekabrın 12-də ilk dəfə olaraq Çinin Uhan əyalətində aşkarlandığı üçün eyni zmanada "Uhan virusu" da adlandırılır. Bu gün açıqlanan rəqəmlərə görə, Çində bu virusla əlaqədar olaraq artıq 41 nəfər dünyasını dəyişib.

132
Yataq

Mütəxəssis - gecə yatmazdan əvvəl mobil telefonu hara qoymaq lazımdır

7
(Yenilənib 09:54 17.09.2021)
Cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir

BAKI, 16 sentyabr — Sputnik. İnsanların əksəriyyəti gecələr də mobil telefondan ayrılmaq istəmir və bu cihazı mümkün qədər özünə yaxın qoymağa çalışır. Hansı hallarda bunun təhlükəli ola biləcəyini "Yaşayış məkanının ekologiyası" laboratoriyasının direktoru Anton Yastrebtsev Sputnik radiosuna verdiyi müsahibədə bildirib.

Mobil cihazlar ilk dəfə ortaya çixanda bəzi həkimlər şüalanmaların xərçəng xəstəliyinin yaranmasına səbəb ola biləcəyindən qorxurdular. Ancaq bu qorxular öz təsdiqini tapmadı. Güman edilir ki, müasir telefon modelləri belə qorxulara səbəb olmamalıdır, çünki onlar insan üçün təhlükəsizliyi təstiqləyən sertifikasiyadan keçiblər. Yastrebtsev hesab edir ki, cib telefonlarının insanın daxili orqanlarına və toxumalarına təsir dərəcəsi hələ tam öyrənilməyib.

Mütəxəssis qeyd edib ki, ümumiyyətlə sertifikatlaşdırma zamanı cihazın bədənə yarım metr məsafədə təsiri qiymətləndirilir. O, telefonu ya bu vəziyyətdə, ya da başdan daha aralı saxlamağı məsləhət görüb.

"Ümumi qayda olaraq bu cihazı nə yastığın altına, nə də yataqda yanına qoyub yatmaq olmaz. Onu başdan bir metr, heç olmasa, ən azı yarım metr aralı saxlamamaq daha yaxşıdır", - deyə Yastrebtsev bildirib.

O əlavə edib ki, kənd yerlərində mobil telefonla yuxuda olan insan arasında məsafə daha böyük olmalıdır, çünki cihaz baza stansiyasından uzaqda olanda şüalanma güclənir.

"Əgər mobil baza stansiyası uzaqdadırsa və əlaqə zəifdirsə, məsələn, kənddə, bağ evində telefon baza stansiyası ilə əlaqə yaratmaq üçün çox enerji sərf edəcək və bu halda şüalanma artacaq. Bunu nəzərə almaq lazımdır. Belə hallarda onu baş nahiyəsindən uzaqlaşdırmaq daha məsləhətdir. Yəni yatmamışdan əvvəl rabitə səviyyəsinə nəzər yetirmək lazımdır", - deyə mütəxəssis izah edib.

Onun sözlərinə görə, cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir.

Yastrebtsev hesab edir ki, telefonla danışarkən simsiz qulaqlıqlardan istifadə etmək daha yaxşıdır.

"Mobil telefonu başınıza yaxın tutmamaq üçün mütləq simsiz qulaqlıqlardan istifadə edin. Bu vəziyyətdə telefonla çox danışsanız, onu hətta masanın üstündə saxlaya bilərsiniz və beləliklə telefon sizi şüalandırmayacaq, orqanizmə heç bir zərər verməyən qulaqlıq şüalandıracaq", - deyə ekspert əminliklə bildirib.

Eləcə də oxuyun:

7
Teqlər:
mobil telefon, sağlamlıq, şüa, enerji
İlyas Hüseynov

Politoloq: “Toyvo Klaarın indi səfər etməsinin müəyyən səbəbləri var”

180
(Yenilənib 14:48 16.09.2021)
Politoloq İlyas Hüseynov deyib ki, enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi, eyni zamanda təhlükəsizlik və humanitar məsələlər də burada önəmli yer tutur
İlyas Hüseynov: “Aİ Cənubi Qafqazla yeni əməkdaşlıq formatına üstünlük verir”

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.

Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a Aİ nümayəndəsinin Azərbaycana səfərini şərh edib. Politoloq bildirib ki, Azərbayca-Aİ münasibətləri müntəzəm olaraq yüksələn xətlə inkişaf edir: “Vətən müharibəsindən sonra da ölkəmizə müntəzəm səfərlər təşkil edilib. Hazırda xüsusi nümayəndənin səfər etməsinin müəyyən səbəbləri var. Burada enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi, eyni zamanda təhlükəsizlik və humanitar məsələlər də önəmli yer tutur. Bu onu deməyə əsas verir ki, Aİ Cənubi Qafqazla yeni əməkdaşlıq formatına üstünlük verir. Cənubi Qafqaz dövlətləri Avropa İttifaqının xüsusi maraq dairəsindədir”.

İlyas Hüseynovun geniş şərhinə audifaylda qulaq asa bilərsiniz

180