"Format dəyişikliyi". Politoloq Rusiya hökumətinin istefasını şərh edib

© Sputnik / Dmitriy Astahov / Mediabanka keçidПрезидент РФ Владимир Путин и председатель правительства РФ Дмитрий Медведев, фото из архива
Президент РФ Владимир Путин и председатель правительства РФ Дмитрий Медведев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Baş naziri Dmitri Medvedev yanvarın 15-də hökumətin tam tərkibdə istefaya getdiyini bildirib. Politoloq Leonid Krutakov Sputnik radiosunun efirində bu hadisəni şərh edib

BAKI, 16 yanvar — Sputnik. Rusiyanın Baş Naziri Dmitri Medvedev Prezident Vladimir Putinin Federal Məclisə müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini bildirib.

Президент РФ Владимир Путин и председатель правительства РФ Дмитрий Медведев, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya hökuməti istefaya gedir

Medvedev xatırladıb ki, prezident öz müraciətində Konstitusiyaya ediləcək bir sıra dəyişiklikləri qeyd edib. O bildirib ki, bu, nəinki Konstitusiyanın bir sıra maddələrinə, ümumilikdə hakimiyyət balansına - icra hakimiyyətinə, qanunvericilik hakimiyyətinə, məhkəmə hakimiyyətinə əhəmiyyətli dəyişikliklərin edilməsi deməkdir.

"Bu kontekstdə aydındır ki, biz hökumət kimi ölkəmizin prezidentinə bunun üçün lazım olan bütün qərarları qəbul etmək imkanını verməliyik. Belə bir şəraitdə hesab edirəm ki, Konstitusiyanın 117-ci maddəsinə uyğun olaraq hökumətin hazırkı heyətlə istefaya getməsi doğru olardı", - Medvedev dövlət başçısının müraciətindən sonra bildirib. Sputnik Azərbaycan xəbər verir ki, onun çıxışını RİA Novosti yayıb.

Məlumata görə, Prezident Vladimir Putin hökumət üzvlərinə əməkdaşlığa görə təşəkkür edib. Rusiya lideri həmçinin yaxın vaxtlarda Nazirlər Kabinetinin hər bir üzvü ilə görüşəcəyini deyib və onlardan hələ ki, vəzifə borclarını tam şəkildə yerinə yetirmələrini xahiş edib.

Bundan başqa, prezident Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təsis etmək və bu vəzifəni Medvedevə təklif etmək niyyətində olduğunu bildirib.

Politoloq, Rusiya hökuməti yanında Maliyyə Universitetinin politologiya şöbəsinin dosenti Leonid Krutakov Sputnik radiosunun efirində hökumətin istefaya getməsini şərh edib. 

"Aydındır ki, prezidentin Federal Məclisə müraciətində bəyan edilmiş mövqelər tamamilə fərqli məna kəsb edir. Yəni bu, sadəcə köhnə maşını "qamçılamaq" istəyi deyil, bu, formatın dəyişilməsidir. Qarşıya qoyulan hədəflərə uyğun olaraq, onları yerinə yetirəcək komanda da dəyişir", ‒ Krutakov qeyd edib.

O, hökumətin tərkibində baş verəcək dəyişikliklərin çox əhəmiyyətli olacağını güman edir.

"Yeni düşüncələrə, ölkə qarşısında duran problemlərin yeni həll formatlarına və təbii ki, yeni simalara tələb çox böyükdür. Buna görə də düşünürəm ki, formatın real dəyişikliyi baş verəcək", ‒ Krutakov bildirib.

Xəbər lenti
0