CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı dizaynerin hazırladığı geyim Maykl Ceksonun bacısına uğur gətirib

© © Vianney Le Caer/Invision/APАмериканская певица Джанет Джексон
Американская певица Джанет Джексон  - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı ifaçı Canet Cekson azərbaycanlı dizayner Rüfət İsmayılın yeni kolleksiyasından ziyafət paltarı seçib. Paltar müğənniyə uğur qazandırıb və o, bu geyimində çəkilmiş şəklini "Instagram"da paylaşaraq onun yaradıcılarına təşəkkür edib.

BAKI, 9 yanvar — Sputnik. Amerikalı müğənni Canet Cekson "Rock and Roll Hall of Fame" musiqi mükafatının təqdimat mərasiminə azərbaycanlı dizayner Rüfət İsmayılın hazırladığı geyimdə qatılıb.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisa mərasimdən çəkilən şəkli "Instagram"dakı səhifəsində paylaşıb. Cekson qeyri-adi ziyafət geyimini seçərkən azərbaycanlı dizaynerin yeni kolleksiyası üzərində dayanıb. Geyim ona uğur gətirib - müğənni "Rock and Roll Hall of Fame" mükafatının sahibi olub.

A post shared by Janet Jackson (@janetjackson) on

Rüfət İsmayıl onun geyimini seçdiyi üçün Ceksona minnətdarlığını bildirib.

Canet Cekson amerikalı müğənni, mahnılar müəllifi, prodüser, rəqqasə, kino və televiziya aktrisası, dünya şöhrətli pop ulduzu Maykl Ceksonun bacısıdır. O, Ceksonlar ailəsinin ən kiçik övladıdır. İlk dəfə səhnəyə yeddi yaşı olanda, 1976-cı ildə "The Jacksons" serialına çəkilərkən çıxıb. "Billboard" jurnalının məlumatına görə, Canet müasir pop musiqisi tarixində albomları ən çox satılan sənətçilər siyahısındadır. Onun indiyədək bütün dünya üzrə 100 milyon nüsxədən çox albomu satılıb.

Amerikanın Səsyazma Şirkətləri Assosiasiyası Ceksonu albomları ən çox satılan amerikalı müğənnilərin reytinqində 11-ci yerə layiq bilib.

Rüfət İsmayıl "Afffair" brendinin yaradıcısıdr. Onun nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, hazırladığı geyimlərə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb.

İsmayılın kolleksiyası, həmçinin Məkkədə dünyanın ən məşhur moda sənayesi öncülü olan "Pitti Uomo"da nümayiş etdirilib. "Fashion TV" kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb. Onun hazırladığı geyimləri Beyons, Cenifer Lopes, Avril Lavin və digər dünya ulduzları geyinirlər.

Xəbər lenti
0