Əvvəl İraq, sonra Suriya, indi də... - Ankara növbəti bataqlığın astanasında

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidВид на мавзолей Ататюрка в Турции, фото из архива
Вид на мавзолей Ататюрка в Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yunanıstan, Misir və Liviyanın şərqində olan Nümayəndələr Palatası (Parlament) Türkiyə - Liviya memorandumunu qanunsuz və etibarsız adlandırıb.

BAKI, 26 dekabr — Sputnik. Rəsmi Ankara Liviyanın Milli Birlik Hökuməti ilə hərbi əməkdaşlığa dair imzalanan memorandumu təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

"Türkiyə Respublikası və Liviya Milli Birlik Hökuməti arasında təhlükəsizlik və hərbi əməkdaşlıq haqqında noyabrın 27-si İstanbulda imzalanan sazişin təsdiqlənməsi barədə qərar qəbul edilib", - deyə Resmi Gazete-də yayılan məlumatda bildirilir.

Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи - Sputnik Azərbaycan
Putinlə Ərdoğan Liviya və Suriyanı müzakirə ediblər

Türkiyə Parlamenti isə ötən həftənin şənbə günü hərbi əməkdaşlığa dair Tripolidə olan hökumətlə imzalanan sazişi ratifikasiya etmişdi.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti "TRT-1"ə müsahibəsində bildirmişdi ki, ölkəsi Liviya hökumətinin xahişi ilə bu ölkəyə hərbçiləri göndərə bilər.

Qeyd edək ki, Ərdoğan və ölkənin müəyyən hissəsinə nəzarət edən Milli Birlik Hökumətinin rəhbəri Fayez Sarrac noyabrın sonunda hərbi sahədə əməkdaşlıq və dəniz zonaları haqqında qarşılıqlı anlaşmaya dair memorandum imzalayıblar.

Yunanıstan, Misir və Liviyanın şərqində olan Nümayəndələr Palatası (Parlament) Türkiyə - Liviya memorandumunu qanunsuz və etibarsız adlandırıb. Liviyanın Afinadakı səfiri ötən cümə persona non-qrata elan edilib və Yunanıstanı tərk etməsi üçün ona üç gün vaxt verilib.

"Əgər Liviya və hökumətdən belə bir təklif (Liviyaya Türkiyə hərbçilərinin göndərilməsinə dair) gəlsə, bizim belə bir hüququmuz olacaq... BMT Liviyaya silah satmağa qadağa qoyub. Lakin hərbçilərin Liviyaya göndərilməsini BMT-nin qərarı çərçivəsində dəyərləndirmək lazım deyil. Əgər belə bir dəvət gəlsə, Türkiyə özü qərar verəcək və heç kimdən razılıq istəməyəcək", - deyə Ərdoğan vurğulayıb.

Xəbər lenti
0