CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni söküntü dalğası gəlir: Kompensasiya məsələsi yenə aktuallaşıb

© Sputnik / Murad OrujovСнос домов на Советской, фото из архива
Снос домов на Советской, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlar evinin “çöldən-çölə” ölçülməsini tələb edir, söküntü işlərini aparanlar isə “içəridən-içəri” ölçürlər. Bu zaman ciddi kvadrat fərqi və o fərqə görə də ciddi pul fərqi yaranır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Gələn il Bakıda yeni söküntü “bum”u başlana bilər. Belə ki, Nəsimi rayonunun "Papanin" və "Xutor" adlanan ərazilərində böyük söküntü gözlənilir.

İlham Əliyev Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak edib - Sputnik Azərbaycan
SİYASƏT
Prezident və birinci xanım “Sovetski”də vətəndaşlarla görüşdülər

Ərazidəki evlər köhnə, qəzalı olması və yenilənən Bakının ümumi  görünüşünə uyğun gəlməməsi səbəbindən sökülməyə məhkumdur. Digər tərəfdən, ərazi həm də yeni metrostansiyanın istifadəyə veriləcəyilə əlaqədar olaraq diqqət mərkəzindədir. Xatırladaq ki, "Bakı Metropoliteni" QSC "Papanin" adlanan ərazidə şərti adı "B3" olan stansiyanın 2020-ci ildə istifadəyə veriləcəyini açıqlayıb.

Bu söküntülər zamanı evlərin qiymətləndirilməsinin necə aparılacağı isə ciddi maraq və sual doğurur. Çünki ötən illər “Sovetski” adlanan ərazidə təyin edilmiş qiymətlər vətəndaşların yeni mənzillə təmin edilməsi üçün az oldu. Elə buna görə də, bir müddət əvvəl Prezident İlham Əliyevin humanist göstərişi ilə Yasamal Rayon İcra Hakimiyyəti evləri sökülmüş vətəndaşlara əlavə kompensasiyalar təyin etmişdi.

Bəs, adları çəkilən ərazidə evləri söküləcək sakinləri hansı vəziyyət gözləyir?

“Sovetski” dramı başa çatır, növbədə “Kubinka”dır

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, söküntü zamanı vətəndaşlara ödənilən kompensasiyalarla bağlı əksər hallarda ciddi narazılıqlar baş verir.

Belə ki, vətəndaşlar evinin “çöldən-çölə” ölçülməsini tələb edir, söküntü işlərini aparanlar isə “içəridən-içəri” ölçürlər. Bu zaman ciddi kvadrat fərqi və o fərqə görə də ciddi pul fərqi yaranır. E. Fərzəliyev qeyd edib ki, qəbul olunmuş qərara əsasən yaşayış evlərində söküntü işləri aparılan zaman hər kvadrata görə 1500 manat kompensasiya ödənilməlidir. 

"Lakin burada müəyyən amillər mütləq nəzərə alınmalıdır. Daşınmaz əmlak satılan zaman notarius əraziyə görə hər kvadrat metr üçün vergi tutursa, ərazilərin qiymətləndirilməsi də o qaydada aparılmalıdır. Şəhərin mərkəz hissələri ilə kənarlarına eyni qiyməti vermək düzgün deyil. Mərkəzdə istər yeni, istərsə də köhnə tikili binaların bir kvadrat metrinin satış qiyməti ortalama 2500, 3000 manat arası dəyişir. Digər kənar ərazilərdə isə təxmini 800-1000 manatdır", – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, qiymətlərdə belə böyük bir fərq olduğu halda söküntü zamanı bütün zonalar eyni qaydada qiymətləndirilir: "Bundan əlavə, mərkəz hissələrdə az kvadratlı həyət evləri var. Məsələn 40 kv metr sahədə 3 otaq tikib və geniş bir ailə ilə orada yaşayır. Söküntü zamanı isə ona ödənilən kompensasiya ilə o yalnız şəhərdən çox kənarda həmin otaq sayına uyğun həyət evi ala bilər".

Fərzəliyev hesab edir ki, söküntü zamanı vətəndaşlara ödənilən məbləğlər yenidən nəzərdən keçirilməlidir. Onun fikrincə, əraziyə görə qiymətlər dəyişdirilməlidir. Hər bir sakin üçün daha sərfəlisi sökülən ərazidə onun mənzillə təmin edilməsidir: "Çünki insanlar həmin ərazidə doğulur, böyüyür, işi, məktəbi, hər şeyi o əraziyə kökləyir. Və birdən-birə başqa əraziyə köçməklə vətəndaşın bütün həyatı alt-üst olur. Bütün bunlar nəzərə alınmalıdır”.

Babək prospekti, Turşu küçəsi, 2210-cu məhəllə, 32A ünvanında söküntü işləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qeydiyyatsız evlərə də kompensasiya verilməlidir

Hüquqşünas Səməd Vəkilovun sözlərinə görə, Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır.

"Bu sahədə şəffaflığı təmin etmək və humanist addımlar atmaq məqsədiylə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınması daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış, bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir", – deyə o bildirib.

S.Vəkilov xatırladıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə istinad edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyaclar üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Yasamal rayonunun Sovetski adlanan ərazisi - Sputnik Azərbaycan
"Sovetski"də obyektlərin satın alınması prosesinə başlanılıb

"Dövlət ehtiyacı"nın mahiyyətini və sərhədlərini isə Mülki Məcəllənin 157.9-cu maddəsi müəyyən edir ki, bura dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi daxildir", - deyən hüquqşünas əlavə edib ki, özəl sektorda şəxsi mülkiyyətin satılması qarşılıqlı razılıq əsasında həyata keçirilir.

Və ən nəhayət: vətəndaş öz mülkünü istədiyi qiymətə təklif edə və ya satmaya bilər.

Xəbər lenti
0