Əlli yaşlı CeyLo ana olmaq istəyir

© AFP 2023 / KEVIN WINTERCenifer Lopez, arxiv şəkli
Cenifer Lopez, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tanrının planlarının içində var ya da yox, bilmirəm. Ancaq bir uşaq daha dünyaya gətirmək istəyirəm.

BAKI, 6 dekabr — Sputnik. Dünyaca məşhur müğənni Cennifer Lopez yenidən ana olmaq fikrinə düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, keçmiş beysbolçu Aleks Rodriqezlə sevgili olan sənətçi həyatının sevgisini tapdığını və ondan bir uşaq dünyaya gətirmək istədiyini söyləyib. "People" jurnalına müsahibə verən müğənni "Tanrının planlarının içində var ya da yox, bilmirəm. Ancaq bir uşaq daha dünyaya gətirmək istəyirəm" deyib.

Qeyd edək ki, Cennifer Lopezin öncəki əri Mark Entonidən bir qızı və bir oğlu var. Rodriqez isə iki qız atasıdır. Ulduz sevgililər 2017-ci ildən birlikdədirlər.

Xəbər lenti
0