Kitab rəfi

Tanınmış yazarın yeni romanı işıq üzü gördü

10
Kitabın naşiri Müşfiq XAN, redaktoru Hədiyyə Şəfaqət, korrektorları Şahanə Müşfiq və Dürdanə Ramazanlıdır.

BAKI, 4 dekabr — Sputnik. Yazar Cəlil Cavanşirin “XAN” Nəşriyyatında “Azğın” adlı yeni kitabı işıq üzü görüb.

Cəlil Cavanşir bildirib ki, “Azğın” romanını 2015-ci ilin noyabrnda yazmağa başlayıb və bu ilin noyabr ayında tamamlayıb:

“Azğın” romanı mənim ən başıbəlalı romanımdır. İş prosesində 3-4 dəfə adını dəyişdim, müxtəlif nəşriyyatlardan çap üçün təklif gəlsə də, sonradan kitabdakı açıq-saçıq səhnələrə görə kitabın çapından imtina edildi. Əsla ruhdan düşmədim. Hesab edirəm ki, son 15 ilin ən iddialı romanın müəllifi kimi, kiçik sıxıntılara dözməyə dəyərdi. Nəhayət ki, mənə  dogma olan nəşriyyata, sevimli naşirimə üz tutdum. Müzakirələrdən sonra kitabın çapına qərar verdim. İnanıram ki, həm nəşriyyat üçün, həm də müəllif olaraq mənim üçün çox uğurlu bir iş olacaq. Kitab çox nəfis tərtibatla, maraqlı dizaynla çap olundu. Kitabımın ərsəyə gəlməsində əməyi olan bütün dostlara təşəkkür edirəm. Tezliklə, kitabın təqdimatı və imza günü keçiriləcək və oxucularla görüşəcəyik”.

Xatırladaq ki, kitabın naşiri Müşfiq XAN, redaktoru Hədiyyə Şəfaqət, korrektorları Şahanə Müşfiq və Dürdanə Ramazanlıdır.  

Kitabın dizayn və qrafikası Fərid Əliyevə, mətn tərtibatı Esmira Kamala məxsusdur.

10