CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəfael Dadaşov reanimasiyaya yerləşdirildi

© Sputnik / Murad OrujovXalq artisti Rafael Dadaşov
Xalq artisti Rafael Dadaşov - Sputnik Azərbaycan
Abunə olmaq
Diaqnoz ürəyin işemik xəstəliyi, infaktdan sonrakı skeleroz və ağ ciyərlərin xroniki xəstəliyidir. Hazırda müvafiq müalicə alır. Huşu özündədir.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rəfael Dadaşovun səhhətində ciddi problem yaranıb.

Xəstəxanadan Sputnik Azərbaycan-a verilən məlumata görə, aktyor vəziyyəti ilə əlaqədar olaraq Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Dünən xəstəxanamıza gətirilən Xalq artisti 2009-cu ildə də ilk ürək əməliyyatını burada keçirib. Daha sonra Rafael müəllim ağ ciyərindəki problemlə də əlaqədar burada təkrar yatıb. Hazırki vəziyyəti isə stabildir. Diaqnoz ürəyin işemik xəstəliyi, infaktdan sonrakı skleroz və ağ ciyərlərin xroniki xəstəliyidir. Hazırda müvafiq müalicə alır. Huşu özündədir. Rahat danışa bilir."

Qeyd edək ki, Xalq artisti Rəfael Dadaşov 1946-cı ildə Naxçıvanda doğulub. 1987-ci ildə Əməkdar Artist, 16 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır.

29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Xəbər lenti
0