CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir gündə beş qəza, yeddi ölü

© AFP 2023 / YANN SCHREIBERQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

BAKI, 30 noyabr — Sputnik. Daxili İşlər Nazirliyi noyabr ayının 29-dan 30-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Sputnik Azərbaycan DİN-in məlumatına istinadla xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 29 cinayətin üstü "isti izlər"lə açılıb.

Belə ki, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Xəbər lenti
0