Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev və Qazaxıstan Respublikası Ali Məhkəməsinin Jakip Asanov

Azərbaycan Mərkəzi Asiya ölkələrində hüquqi dövlətçiliyə dəstək verir

9
(Yenilənib 11:39 30.11.2019)
Heyətin Azərbaycan Respublikası Vəkillər Kollegiyasında keçirilən görüş zamanı ictimai-hüquqi mübahisələr üzrə vəkil təcrübəsi təqdim edilib.

BAKI, 29 noyabr — Sputnik. Bu il noyabrın 25-dən 28-dək Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Mərkəzi Asiya ölkələrində hüquqi dövlətçiliyə dəstək" proqramının dəvəti ilə Qazaxıstan Respublikasının yüksək vəzifəli nümayəndə heyəti İnzibati ədliyyənin təşəkkülü və inkişafı təcrübəsi ilə tanış olmaq məqsədilə Azərbaycan Respublikasına səfər edib.

Qazaxıstan Respublikası Ali Məhkəməsinin hakimləri, Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı və Qazaxıstan Ali Məhkəməsinin və Baş Prokurorluğunun digər rəhbər işçilərindən ibarət Qazaxıstan nümayəndə heyətinə Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri cənab Jakip Asanov başçılıq edib. Səfər çərçivəsində Azərbaycan Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov və Azərbaycan Respublikası Milli Məclis Aparatının məsul əməkdaşı Səyyad Kərimovla həm "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun, həm də Azərbaycanın İnzibati-Prosessual Məcəlləsinin qəbul və təkmilləşdirilməsində qanunvericilik təcrübəsinin müzakirəsi üzrə görüş keçirilib.

© Sputnik / Kamal Almuradlı
Qazaxıstan Respublikasının nümayəndə heyəti Azərbaycan Milli Məclisində

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, habelə Bakı Apellyasiya Məhkəməsinin və İnzibati-İqtisadi məhkəmələrin hakimləri ilə görüşlər inzibati məhkəmələrin təşkili və inzibati ədalət mühakiməsinin həyata keçirilməsinin prosessual xüsusiyyətləri barədə fikir mübadiləsinə həsr edilib. Heyətin Azərbaycan Respublikası Vəkillər Kollegiyasında keçirilən görüş zamanı ictimai-hüquqi mübahisələr üzrə vəkil təcrübəsi təqdim edilib.

© Sputnik / Kamal Almuradlı
Qazaxıstan Respublikasının nümayəndə heyəti

Səfər çərçivəsində müzakirə olunan inzibati icraatın və inzibati prosesin Azərbaycan modelinin müddəaları Qazaxıstan nümayəndə heyəti üçün hazırda Qazaxıstan Respublikası Parlamentinin Məclisində nəzərdən keçirilən İnzibati Prosessual Məcəllənin layihəsi kontekstində maraq doğurur.

Qazaxıstan nümayəndə heyətini GİZ Proqramının rəhbəri Yorq Pudelka və Proqramın ölkə üzrə koordinatoru Almat Qabbasov müşayiət edib.

9