Dumanlı hava

İstirahət günlərinin havası məlumdur

22
(Yenilənib 20:24 29.11.2019)
Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

BAKI, 29 noyabr — Sputnik. İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadla xəbər verir ki, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 10-14, dağlarda gecə 2-5, gündüz 5-7 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 11-16 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-6, gündüz 12-17 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4, gündüz 10-15 dərəcə isti olacaq.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-9, gündüz 11-14 dərəcə isti olacaq.

22