Qarabağ klubunun yarımmüdafiəçisi Qara Qarayev

Belə hərəkətə görə azərbaycanlıya cəza verilsə də, ispana heç etmirlər

34
(Yenilənib 22:25 29.11.2019)
Hakimə yaxınlaşaraq dedim ki, o sözü biz sənə desəydik, "qırmızı" vərəqə göstərərdin, protokola da elə yazardın ki, UEFA bizə 10 oyunluq cəza verərdi.

BAKI, 29 noyabr — Sputnik. Dünən Avropa liqasının 5-ci turunda "Qarabağ" İspaniyanın "Sevilya" klubunun qonağı olub. Sputnik Azərbaycan xəbər verir ki, qarşılaşmadan sonra mətbuat nümayəndələri qarşısına çıxan komandanın yarımmüdafiəçisi Qara Qarayev maraqlı açıqlama verib. Belə ki, Qarayevin oyun zamanı hakimə yaxınlaşaraq mübahisə etməsi diqqətdən yayınmayıb. Bu epizoda aydınlıq gətirən yarımmüdafiəçi bildirib ki, ispan futbolçu hakimi təhqir edib: "Bir epizodda ispan oyunçu onu təhqir etdi. Hakim də normal qəbul elədi. Hakimə yaxınlaşaraq dedim ki, o sözü biz sənə desəydik, "qırmızı" vərəqə göstərərdin, protokola da elə yazardın ki, UEFA bizə 10 oyunluq cəza verərdi. Başladı nağıl danışmağa. Amma özüm eşitdim. Ordan da görünür ki, hakimin rəqibə simpatiyası var idi."

Qrup mərhələsini adlaya bilməmələrinə məyus olan futbolçu söyləyib ki, məşqçi, futbolçu heyəti və prezident olaraq hər zaman ən yaxşısını etməyə çalışırıq: "Niyyətimiz Azərbaycana yeni nailiyyətlər gətirməkdir. Yolumuza davam edirik. İnanıram ki, növbəti illərdə də Azərbaycana Avroliqa həyəcanı gətirəcəyik."

Qeyd edək ki, "Qarabağ" futbol klubu dünən baş tutan qarşılaşmada "Sevilya" klubuna 2:0 hesabı ilə məğlub olaraq növbəti dəfə Avropa liqasına əlvida deyib. Qrup çərçivəsində "Düdelanj"la Bakıda keçiriləcək son oyun isə formal xarakter daşıyır. Artıq "Sevilya" və APOEL növbəti mərhələyə vəsiqə qazanıb.

34
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

12
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

12
DİN əməkdaşları Suqovşanda, arxiv şəkli

"Euronews" Suqovuşan kəndindən reportaj hazırlayıb

12
(Yenilənib 23:25 04.12.2020)
"Qarabağın göz yaşı və sevinci" adlanan reportajda yenidən kəndinə qayıdan Xaliq Hümbətov danışıb. O, Suqovuşanı 14 yaşında tərk etdiyini və gedərkən ermənilər tərəfindən atlarının əllərindən alındığını deyib

BAKI, 4 dekabr — Sputnik. "Euronews" bu dəfə işğaldan azad edilmiş Suqovuşan kəndindən reportaj hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Qarabağın göz yaşı və sevinci" adlanan reportajda yenidən kəndinə qayıdan Xaliq Hümbətov danışıb.

O, Suqovuşanı 14 yaşında tərk etdiyini və gedərkən ermənilər tərəfindən atlarının əllərindən alındığını deyib.

Qeyd edək ki, Azərbaycan Ordusu Suqovuşanı 3 oktyabrda işğaldan azad edib.

12