ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak

ATƏT sədri Azərbaycana gəlir

20
(Yenilənib 11:15 27.11.2019)
Miroslav Layçak həm də Azərbaycan paytaxtında Slovakiya səfirliyinin açılması mərasimində iştirak edəcək.

BAKI, 27 noyabr — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri və Slovakiya xarici işlər naziri 27-28 noyabr tarixlərində Bakıda səfərdə olacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Layçak Azərbaycanda Slovakiya səfirliyinin açılması mərasiminə qatılacaq.

"Bakıda cənab Layçak azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq, həmçinin Azərbaycan Prezidenti və Baş naziri İlham Əliyev və Əli Əsədov tərəfindən qəbul olunub. Bundan əlavə. XİN rəhbəri Slovakiyanın Azərbaycandakı səfirliyinin açılış mərasiminə qatılacaq", - deyə Slovakyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin nümayəndəsi Boris Qandel bildirib.

O, həmçinin qeyd edib ki, Layçak Azərbaycandan sonra Ukraynaya səfər edəcək.

20