Bakıda işıqforda dayanan avtomobillər

Yol kənarında yaşayırsınızsa, özünüzü qoruyun

12
(Yenilənib 01:25 27.11.2019)
Alimlərin fikrincə, hava çirkliliyinin 5\1 nisbətdə azalması uşaqlarda bronxit hallarının qarşısını ala bilər

BAKI, 27 noyabr — Sputnik. Elm adamları müəyyən edib ki, əsas küçələrə 50 metrlik məsafədə yaşayan insanlarda ağciyər xərçəngi 10 faiz daha çox müşahidə edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyanın Kings Kollec Universitetinin alimləri hava çirkliliyinin insanların sağlamlığına təsiri üzərində araşdırmalar aparıb.

Araşdırmaya görə, əsas küçələrdə havanın çirkliliyi uşaqların ağciyərlərinin 14 faiz daha az inkişaf etməsinə səbəb olur.

Müəyyən edilib ki, hava çirkliliyi Oxfordda uşaqların ağciyər inkişafını 14, Londonda 13, Birminqemdə, Liverpulda 5, Souzhamptonda 4, Nottinqhamda 3 faiz azaldır.

Alimlərin fikrincə, hava çirkliliyinin 5\1 nisbətdə azalması uşaqlarda bronxit hallarının qarşısını ala bilər.

12