CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ev"li olmaq istəyənlər: İstisinə qızınmamış tüstüsünə kor olmamaq üçün diqqətli olun

Abunə olmaq
Kirayə mənzillər daha çox Bakının mərkəz ətrafı rayonlarındadır. İlkin məlumata görə, Qara Qarayev, Neftçilər, Əhmədli metrosu ətrafında daha çox kirayə mənzil təklif olunacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Gələn ayın ikinci yarısından etibarən kirayə mənzillər üçün müraciətlərə start veriləcək. Mövcud mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra, ona sahib də ola biləcəklər.

Мужчина и женщина осматривают квартиру, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kirayə mənzillərlə bağlı bəzi detallar açıqlandı

Kirayə mənzillərlə bağlı vəziyyəti Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlana bilər. Kirayə müqaviləsi bağlandıqdan sonra minimum 12 aylıq kirayə haqqı qabaqcadan ödənilməlidir. Müqavilə bağlandıqdan ən azı 3 il sonra kirayəçi mənzilə sahib olmaq hüququna malikdir.

Lakin ekspert ölkəmizdə bunun kütləvi hal alacağını düşünmür, çünki mənzillərin sayı məhduddur.

"Müqavilələr manatla bağlanacaq. Vətəndaşlar müqavilə bağlayarkən, məzənnə dəyişikliyindən sonra qiymət və ödəniş fərqinin yaranmasına, yaxud inflyasiya ilə bağlı indeksləşmə məsələlərinə diqqət etməlidirlər. Yaxşı olar ki, vətəndaşlar hüquqşünasların məsləhəti ilə müqaviləni bağlasınlar. Çünki istənilən fors-major vəziyyətdə vətəndaşların ödənişlərində ciddi dəyişikliklərin olması ehtimalı da var", - deyə Natiq Cəfərli bildirib.

O, ümumilikdə bu addımı müsbət qiymətləndirib: "Bu, vətəndaşların mənzilə əlçatanlığının artmasında müsbət rol oynana bilər".

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov - Sputnik Azərbaycan
Bakıda kirayə mənzillər ucuzlaşacaqmı - ekspert əmlak bazarındakı vəziyyətdən danışır

Sosial ipoteka məsələsinə də toxunan ekspert qeyd edib ki, bununla bağlı imkanlar genişləndirilsə, bu, vətəndaşlar üçün daha sərfəli olacaq. Ancaq sosial ipoteka ilə bağlı da mənzil fondu məhduddur.

"Sosial ipotekada 4 faiz kifayət qədər cəlbedicidir. Bir çox vətəndaşlar bundan istifadə edə bilər. Amma kommersiya ipotekası daha yüksək faizlə (8-16 faiz) verilir və bu da çox zaman vətəndaşlara sərf edən variant olmur", - Cəfərli əlavə edib.

İqtisadçı-ekspert Vüqar Bayramov isə deyib ki, kirayə mənzillərlə bağlı gələn aydan müraciət etmək mümkün olacaq. Müraciət edən şəxs öncə elektron və Asan imzaya malik olmaqla özünə elektron kabinet yaratmalıdır. Kabinet yaradan zaman o, özü ilə bağlı məlumatları elektron sistemə daxil edəcək. Bunu müraciət başlayan zaman ASAN xidmət vasitəsilə qısa zamanda həll etmək olar:

Növbətçi hissənin avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda saxta ipoteka sənədi hazırlayan banda tutuldu - FOTO

"Bu prosesi keçən və müsbət cavab alan vətəndaş fonda şəxsiyyət vəsiqəsinin surəti (onunla birgə kirayə götürüləcək yaşayış sahəsində yaşayacaq ailə üzvləri varsa, həmçinin onların şəxsiyyət vəsiqələrinin surətləri) və gəlirlərini təsdiq edən sənədləri təqdim etməlidir. Qaydalara əsasən, rəsmi əmək müqaviləsi olmayan, amma fərdi sahibkarlıqla məşğul olan vətəndaşlar da evlərə müraciət edə biləcək. Bu zaman onlar sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surətini və vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməlidirlər. İpoteka və Kredit Zəmanət Fondu müraciətə müsbət cavab verdikdən sonra sonuncu mərhələ müqavilənin bağlanmasıdır".

Ekspert həmçinin bildirib ki, kirayə evlərə ASAN xidmət və ya elektron ipoteka portalı vasitəsilə müraciət etmək mümkün olacaq:

"Mənzilə sahib olanların Azərbaycan vətəndaşı olması şərtdir. Kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişləri) olmamalıdır. Məhkumluğun olmaması da şərtlər siyahısındadır. Mənzillər daha çox Bakının mərkəz ətrafı rayonlarındadır. İlkin məlumata görə, Qara Qarayev, Neftçilər, Əhmədli metrosu ətrafında daha çox mənzil təklif olunacaq. Bununla yanaşı, mərhələli şəkildə digər rayonlarda, o cümlədən, bölgələrdə də kirayə mənzillər təklif olunacaq. Mənzilin xərci müqavilə müddətindəki ayların sayına bölünərək aylıq ödəniş məbləği müəyyənləşəcək. Məsələn, mənzilin xərci 120 min manat və müqavilə müddəti 25 ildirsə, o zaman aylıq ödəniş 400 manat olacaq. Kirayəçi 3 ildən sonra növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər".

Mənzil açarları, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən vətəndaşların nəzərinə

Vüqar Bayramov onu da deyib ki, Fond öz vəsaiti hesabına aldığı və ya onun mülkiyyətinə keçən mənzilləri kirayə kimi təklif edə bilər: "Mənzillər tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır. Fond satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları rəsmi internet saytında və "Elektron ipoteka və kredit zəmanət" sistemində yerləşdirəcək. Müraciətlər elektron sistemlə həyata keçiriləcək və növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq. Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək".

Yaşayış binasının tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda mənzil problemini Avropadakı ipoteka şərtləri ilə həll etmək mümkündür

Qeyd edək ki, 2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ya qabaqcadan qeydiyyata alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələrini və ya mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış binanın paylarla bağlı tərkib hissəsini, həmçinin Fondun fəaliyyəti ilə əlaqədar Fondun mülkiyyətinə keçmiş yaşayış sahələrini Fond ilə kirayə müqaviləsi bağlayıb kirayə götürmək olar.

Fond satmaq öhdəliyi ilə kirayə müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər:

Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Ekspert: “İpoteka kreditlərinin faiz dərəcələri azaldılmalıdır”

Aylıq ödənişlər 60 gün və daha çox müddətdə ödənilmədikdə; kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə; yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə (bu hal baş verdikdə əldə olunan sığorta ödənişi kirayə müqaviləsi üzrə alış qiymətinin kirayəçi tərəfindən ödənilmiş hissəsi ilə alış qiymətinin ödənilməli olan qalıq məbləğinin nisbətinə müvafiq olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür); kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə, həmçinin kirayə müqaviləsi üzrə üzərinə götürdüyü digər vəzifələri icra etmədikdə.

Satmaq öhdəliyi ilə bağlı kirayə müqaviləsində nəzərdə tutulur ki, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri (ər-arvad, ata-ana, övladlar) Fondun yazılı razılığı ilə kirayə ünvanı üzrə pasport qeydiyyatına düşə bilərlər.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" yaradılıb.

Xəbər lenti
0