İmtahan, arxiv şəkli

Bu qədər şagird buraxılış imtahanlarında iştirak etməyib

20
(Yenilənib 19:55 25.11.2019)
2007-ci ildə 1-ci sinfə daxil olan 118.290 şagirdin təxminən 8.1%-i ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur

BAKI, 25 noyabr — Sputnik. 2007-ci ildə 1-ci sinfə daxil olan 118.290 şagirdin təxminən 8.1%-i ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Abituriyent"jurnalının 12-ci sayında bildirilib.

2018-ci ildə 11-ci sinfi bitirən şagirdlər 2007-ci ildə 1-ci sinfə daxil olanlardır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2007-ci ildə 1-ci sinfə daxil olan şagirdlərin sayı 118290 nəfər olub. 2016-cı ildə 9-cu sinfi bitirən şagirdlərin sayı 108734 nəfər idi. Həmin ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı isə faktiki olaraq 104.729 nəfər olub və 4005 şagird buraxılış imtahanında bu və ya digər səbəbdən iştirak etməyib. Bu o deməkdir ki, 2007-ci ildə 1-ci sinfə daxil olan 118.290 şagirdin təxminən 8.1%-i ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur.

20