S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli

NATO-nun qorxduğu başına gəlir - Bunu edən Türkiyədir

2645
(Yenilənib 18:04 25.11.2019)
Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Türkiyə Rusiyadan alınan "S-400" zenit-raket komplekslərinin radarlarının testinə başlayıb və bununla bağlı "F-16" qırıcıları və təyyarələri qaldırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hərbi mənbə "Milliyet" nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən testin həyata keçirilməsində məqsəd zenit-raket kompleksləri və təyyarələr arasında əlaqənin test edilməsidir.

"Müdafiə Sənayesi Katibliyi 25 və 26 noyabr tarixlərində Ankara rayonunun hava məkanında müxtəlif "F-16" və hava qurğularının təlim uçuşlarını həyata keçirib", - deyə Ankara Administrasiyasının yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

2645