CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn ilin büdcəsi parlamentdə müzakirəyə çıxarılıb

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
İclasda "Azərbaycanın 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihələrinə baxılacaq.

BAKI, 25 noyabr — Sputnik. Milli Məclisin növbəti plenar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib.

İclasda "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinə ikinci oxunuşda baxılacaq.

"Əmək pensiyaları haqqında", "Məşğulluq haqqında", "Sosial müavinətlər haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "İnzibati icraat haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Lisenziyalar və icazələr haqqında" qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Vergi məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılacaq.

İclasda "Tibbi sığorta haqqında" qanunda dəyişiklik birinci oxunuşda müzakirə ediləcək.

Xəbər lenti
0