İnək başları, arxiv şəkli

AQTA reyd keçirdi, bazarda 5,5 manata satılan ət aşkarlandı - FOTO

79
(Yenilənib 12:52 20.11.2019)
Məhsullardan nümunələr götürülərək, laborator analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib.

BAKI, 20 noyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib.

Sputnik Azərbaycan Agentliyin məlumatına istinadla xəbər verir ki, agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb.

  • AQTA əməkdaşları 8-ci km bazarında reyd keçirib
    © The Food Safety Agency of the Republic of Azerbaijan.
  • AQTA əməkdaşları 8-ci km bazarında reyd keçirib
    © The Food Safety Agency of the Republic of Azerbaijan.
  • AQTA əməkdaşları 8-ci km bazarında reyd keçirib
    © The Food Safety Agency of the Republic of Azerbaijan.
1 / 3
© The Food Safety Agency of the Republic of Azerbaijan.
AQTA əməkdaşları 8-ci km bazarında reyd keçirib

Məlum olub ki, ümumi çəkisi 226 kiloqram mənşəyi məlum olmayan, sümükdən ayrılmış ət və ət məhsulları tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalarda qablaşdırılaraq Cəlilabad rayon sakini Həsənov Rövşən Yunus oğlu tərəfindən həmin rayondan tədarük edilir. Araşdırma zamanı bəlli olub ki, orqanoleptik göstəricilərinə görə, istehlaka yararsız olan ət və ət məhsulları 15-BP-575 dövlət nömrə qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vasitəsilə bazarda fəaliyyət göstərən "Bolluq" marketə gətirilərək satılır.

Eyni zamanda həmin ünvanda fəaliyyət göstərən "Vüsal" marketə məxsus "Samrac 1001 xırdavat" adı altında pərdələnmiş anbarda Beyləqan rayon sakini Cəfərov Rəvan Faiq oğluna məxsus mənşəyi məlum olmayan, sümükdən ayrılaraq tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalara qablaşdırılmış orqanoleptik göstəricilərinə görə istehlaka yararsız olan, satış məqsədli, ümumi çəkisi 153 kiloqram ət aşkarlanıb. Həmin ətlərin qiymə halına salınaraq, 5 manat 50 qəpiyə satıldığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək, laborator analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Ət məhsulları isə dövriyyədən çıxarılıb. Faktla bağlı araşdırmalar davam edir.

79
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Ermənistanın Gəncə hədəsinə Azərbaycan Müdafiə Nazirliyindən cavab

4
Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir

BAKI, 14 avqust — Sputnik. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimin nümayəndələrinin səsləndirdiyi fikirlər heç bir mahiyyət kəsb etmir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı, işğalçılıq siyasətinin göstəricisidir və bu onların növbəti təxribat əməlləri törətmək niyyətindən xəbər verir.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutaraq bir nəfər kənd sakinini qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı.

Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olduq.

Bir daha qətiyyətlə bildiririk ki, Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir. Ermənistanın hər bir təxribatının qarşısı Tovuz döyüşlərində olduğu kimi qətiyyətlə alınacaq və bu kimi təxribatların törədilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir.

4
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan üçün ən böyük təhlükə Paşinyan hakimiyyətinin siyasətidir"
Akar: "Azərbaycanla Türkiyə hər cür təhdid və təhlükəyə qarşı həmişə bir yerdə olacaq"
Ermənistan ordusu bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub
"Bu ölkədə azərbaycanlılara qarşı açıq nifrət aşılanır" - Hikmət Hacıyev
Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"
Rusiya hökumətinin rəhbəri Mixail Mişustin, arxiv şəkli

"Mişustin yaxşıdır, ətrafı pisdir"

11
Rusiya vətəndaşları Prezident Vladimir Putinə etimad göstərsələr də, əksəriyyəti hökumətin işini mənfi qiymətləndirir

BAKI, 14 avqust — Sputnik. Rusiyalıların 55%-i Rusiya Prezidenti Vladimir Putinə etimad göstərir. Bu, "İctimai rəy" Fondunun (FOM) keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğunun nəticələrinə görə, vətəndaşların 55%-i dövlət başçısına etibar edir. Rəyi soruşulanların 34%-i Putinə etimad göstərməyib, 11%-i cavab verməkdə çətinlik çəkib. Bununla yanaşı, respondentlərin 58%-i hesab edir ki, Putin öz postunda yaxşı işləyir, 27%-i bunun əksini düşünür. Sorğu iştirakçılarının 15%-i Putinin necə işlədiyi barədə suala cavab verməkdə tərəddüd edir.

Rəyi soruşulanların 37%-i hökumətin işini daha yaxşı, 46%-i daha pis qiymətləndirib, 17% isə cavab verməkdə çətinlik çəkib. RF Baş naziri Mixail Mişustinin fəaliyyətini respondentlərin 44%-i yaxşı, 19%-i pis qiymətləndirir, 37%-i isə cavab verməkdə tərəddüd edib.

"Əgər qarşıdakı bazar günü Rusiya Dövlət Dumasına seçkilər keçirilsəydi, kimə səs verərdiz?" sualına rusiyalıların 30%-i "Vahid Rusiya Partiyasına" cavabını veriblər. Rəyi soruşulanların 11%-i Kommunist Partiyasını, 11%- i RLDP-nı, 5%-i "Ədalətli Rusiya"nı seçəcəyini deyib. Respondentlərin 14% -i başqa partiyaların adını çəkib, 9%-i isə deyib ki, ümumiyyətlə seçkiyə getməzdi.

Ümumrusiya telefon sorğusu 7-9 avqust tarixlərində, yaşı 18-dən yuxarı olan 4 min respondent arasında keçirilib. Statistik nisbi xəta 1,9%-dən çox deyil.

11