CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur restoranda nə baş verir: İddia var, fakt isə yoxdur

© Pexels Helena LopesRestoranda nahar, arxiv şəkli
Restoranda nahar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nə restoran rəsmisi, nə Leyla Şıxlinskaya adına xəstəxana, nə də AQTA zəhərlənmə ilə bağlı məlumatı təsdiq etmir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. Bəzi mətbuat orqanlarında bir neçə gün öncə Bakıdajı "Şahənşah" restoranında zəhərlənmə hadisəsi baş verdiyi barədə məlumat yayılıb. İddiaya görə, toyda 10 nəfər, o cümlədən bəy və gəlin yeməkdən zəhərlənib.

Пожарники тушат огонь - Sputnik Azərbaycan
HADİSƏ
Qadına məxsus restoran bir ildə ikinci dəfə yandı

Məsələyə aydınlıq gətirmək üçün restoranla əlaqə saxladıq. Restoranın özünü Pərvin olaraq təqdim edən məsul şəxslərindən biri belə bir hadisənin baş vermədiyini dedi: "Nə ayın 13-də, nə də ondan sonrakı toylarda da arzuolunmaz hadisələr baş verib. Bütün məhsullar norma və tələblərə cavab verir. Ətlər də yoxlamalardan keçirilib. Belə bir hadisənin baş verməsi mümkünsüzdür".

"Bundan başqa, zəhərlənmə bir neçə saat ərzində özünü biruzə verir. Hadisə ayın 13-ü baş veribsə, o zaman bu haqda indi nə üçün məlumat yayılır? 4 gün keçəndən sonra necə demək olar ki, mən 13-də zəhərlənmişəm. Haqqımızda yayılan məlumat təsdiqini tapmasa, məhkəməyə müraciət edəcəyik. Hansısa restoranı ləkələmək düzgün deyil. Biz razıyıq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi gəlsin, bizə zəhərlənənin rəyini göstərsin və bildirsin ki, bu adam salatdan zəhərlənib. Biz o zaman deyək ki, səhvimiz olub və buna görə üzr istəyək. Bu sadəcə olaraq şayiədir", - deyə həmsöhbətimiz əlavə edib.

Toy sahiblərinin telefon nömrəsini almaq istəsək də, restoranın məsul şəxsi bundan imtina etdi. O, nömrəni verməyin onlar üçün heç bir problem olmadığını, sadəcə toy sahiblərinin buna razı olmadıqlarını dedi.

Toyuq dönəri ağuya döndü: 67 tələbə zəhərləndi>>

Qeyd edək ki, adıçəkilən restoranla bağlı mediada yayılan məlumatda bəyin Leyla Şıxlinskaya adına xəstəxanaya yerləşdirildiyi qeyd olunub. Məsələyə aydınlıq gətirmək üçün xəstəxana ilə əlaqə saxlasaq da, onlar həmin tarixdə zəhərlənmə ilə bağlı müraciətin daxil olmadığını bildiriblər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a isə bununla bağlı onlara hansısa müraciətin daxil olmadığı bildirilib.

Xəbər lenti
0