Pulun sayılması, arxiv şəkli

Ünvanlı yardım alanlar öz bizneslərini qurdular

22
(Yenilənib 22:55 07.11.2019)
Llayihə iştirakçılarından artıq 4891 nəfəri biznes planlarına uyğun mal və materiallarla təmin edilərək kiçik ailə təsərrüfatlarını yaradıblar.

BAKI, 7 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 8309 nəfərə çatıb.

Sputnik Azərbaycan-a nazirlikdən verilən məlumata görə, layihə iştirakçılarından 1980 nəfəri qadınlar, 1922 nəfəri əlilliyi olan şəxslər, 1481 nəfəri məcburi köçkünlər, 212 nəfəri şəhid ailəsi üzvləri, 437 nəfəri isə ünvanlı sosial yardımı alan ailələrin üzvləridir.

Proqrama cəlb edilən şəxslərdən 6005 nəfəri artıq təlim kursunu müvəffəqiyyətlə başa vurub. Təlimlərdə iştirakçılara biznes planlarını qurmaları üçün lazımi məlumatlar tədris edilib və təlimlərin yekunu olaraq onlar biznes-planlarını müdafiə ediblər. Qeyd edək ki, layihə iştirakçılarından artıq 4891 nəfəri biznes planlarına uyğun mal və materiallarla təmin edilərək kiçik ailə təsərrüfatlarını yaradıblar.

22
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

74
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

74
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın
Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesu, arxiv şəkli

ÜST rəhbərindən çağırış: siyasiləşdirməyin

15
ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar

BAKI, 30 noyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus koronavirusun mənbəyi haqda araşdırmaları siyasiləşdirməməyə çağırıb. Onun sözlərinə görə, ekspertlər öz rəylərini elmə əsaslanaraq hazırlayacaqlar.

"Bizim mövqeyimiz kifayət qədər dəqiq və sərt idi. Biz virusun mənbəyini tapmaq üçün iş aparırıq, çünki bu, bütün dünyaya xəstəliyin genezisini taparaq gələcək alovlanmaların qarşısını almağa yardım edəcək", - Cenevrədəki mətbuat konfransında Gebreyesus deyib.

O vurğulayıb ki, ÜST virusun mənbəyinin araşdırılmasında FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) və Ümumdünya Heyvan Sağlığı Təşkilatı ilə birgə işləyir. Bu məsələylə məşğul olan beynəlxalq ekspertlər qrupuna ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Sudan və digər ölkələrin nümayəndələri daxildir. Ancaq buna rəğmən, ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar. 

"Ona görə də məsləhət görürük: xahiş edirik, bu məsələni siyasiləşdirməyin. Biz hər şeyi edəcəyik, amma elmə istinadla", - Gebreyesus vurğulayıb.

15
Teqlər:
siyasət, ÜST, araşdırma, mənbə, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla