İsrailin Azərbaycandakı səfirliyi müvəqqəti olaraq işini dayandırır

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidПосольство Израиля в Москве прекратило работу из-за забастовки дипломатов
Посольство Израиля в Москве прекратило работу из-за забастовки дипломатов - Sputnik Azərbaycan
Abunə olmaq
Büdcə məsələləri ilə bağlı dünyanın bütün ölkələrində İsrail səfirlik və konsulluqları qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. İsrailin Azərbaycandakı səfirliyi işini müvəqqəti dayandırır.

Bu barədə Sputnik Azərbaycan-a İsrailin Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Səfirlikdən bildirilib ki, qurum İsrail Maliyyə Nazirliyinin qərarına əsasən bağlanır: “İsrail Maliyyə Nazirliyinin 2019-ci il iyulun 21-də Baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son onilliklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən, biz diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətindəyik”.

Məlumatda qeyd olunur ki, konsul xidmətləri göstərilməyəcək, səfirlik ziyarətlər üçün bağlanacaq.

Qeyd edək ki, büdcə məsələləri ilə bağlı dünyanın bütün ölkələrində İsrail səfirlik və konsulluqları qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb.

Xəbər lenti
0