Su gələn arxa bir də gəlmir: Kanalizasiya sularını təkrar istifadəyə vermək istəyirlər

© pixabay / FreestocksSu quyusu
Su quyusu - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda yürüstü su ehtiyatları 30 milyard, yeraltı su ehtiyyatları isə təqribən 9 milyard kubmetr ətrafındadır. Bu suların təqribən 12,8 milyard kubmetri istifadə olunur.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Bu gün Azərbaycanda yürüstü su ehtiyatları 30 milyard, yeraltı su ehtiyyatları isə təqribən 9 milyard kubmetr ətrafındadır. Bu suların təqribən 12,8 milyard kubmetri istifadə olunur.

Bunu Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov yayın sonlarından etibarən Azərbaycanın 11 rayonunda su qıtlığının yaranma səbəblərindən danışarkən deyib. 

Водопроводный кран, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yaşıl rəng pul gətirir - suya qənaət edənlər buna görə qazanırlar

Qeyd edək ki, Ucar, Zərdab, Göyçay, Yevlax, Hacıqabul, Ağsu, İsmayıllı, Kürdəmir, Ağdaş, Qobustan və Şamaxı rayonlarının bir hissəsini su ilə təmin edən Yuxarı Şirvan kanalında suyun səviyyəsi enməyə başlayıb. Kanalda suyun azalması, həmin rayonların ərazisindəki arxlarda da suyun səviyyəsi, bəzi yerlərdə isə tamamilə kəsilməsilə nəticələnib.

Mütəllim Əbdülhəsənovun sözlərinə görə, bu gün Azərbaycanın su ehtiyatlarının 70%-i kənardan formalaşaraq ölkəmizə daxil olur: 

"Biz ölkə ərazisində formalaşan sudan daha çox su istifadə edirik".

Bu suyun 9,1 milyard kubmetrindən (bunun 2,5 milyard kubmetri itkiyə gedir) kənd təsərrüfatında, 3 milyard kubmetrindən sənayedə, 300 milyon kubmetrindən isə məişətdə içməli su kimi istifadə edilir.

"Rəqəmlər bizi düşünməyə vadar edir. İstifadə etdiyimiz suyun əsas hissəsi ölkədən kənarda formalaşaraq daxil olur. Ölkəyə daxil olan zaman bu su çirklənmiş formada olur. Biz sudan kifayət qədər israfçılıqla istifadə edirik, səmərəli və qənaətlə istifadə etmirik. Suyun uçotunun və hesabatının aparılmasında müəyyən problemlər var. Bir çox amillər var ki, suların idarə olunması ilə bağlı məsələlərdə çətinliklər yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri KİV-də çıxışlar edir, narahatlıqlarını bildirirlər. Qanunvercilik isə deyir ki, sudan səmərəli istifadə edilməli və onun uçotu aparılmalıdır. Hazırda ölkədə bu sahədə müvafiq tədbirlər görülür, anbarlar tikilir, suvarma kanalları inşa edilir, içməli su təchizatı sistemləri yenidən qurulur", - deyə Nazirliyin təmsilçisi bildirib. 

Kür çayı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bəzi çaylarda suyun səviyyəsi qalxıb

Əbdülhəsənovun sözlərinə görə, bu gün Bakı şəhərinə uzaq məsafələrdən su gətirilir. Bu layihələr müəyyən qurumlar tərəfindən həyata keçirilir. Sular istifadə edildikdən sonra, çirklənmiş halda, bir çox hallarda tam təmizlənmədən dənizə axıdılır. Bu amillər ETSN-i narahat edir. Nazirlik istəyir ki, həmin sular təmizlənsin, təmizlədikdən sonra təkrar istifadə edilsin.

Nazirliyin nümayəndəsinin fikrincə, bu sulardan yaşıllıqların suvarılmasında istifadə etmək mümkündür. Odur ki, sudan səmərəli və təkrar istifadə məsələləri daha geniş təbliğ edilməlidir.

Əbdülhəsənov hesab edir ki, qlobal iqlim dəyişikliklərinin təzahürləri Azərbaycanda su ehtiytlarına da təsirsiz ötüşmür. Yağıntıların az olması və daxili çaylarımızda axınların azalması təzahürlərdən biridir. Bütün ölkələr iqlim dəyişiklikləri təzahürlərinə qarşı tədbirlər görür. O cümlədən Azərbaycanda da geniş araşdırmalar, təhlillər və qiymətləndirmələr aparılıb.

Onun sözlərinə görə, tullantı suları məişətdə, sənayedə və digər xidmət sahələrində yaranır. Bu da bilavasitə çirklənməyə səbəb olan amillərdir. Su mənbələrindən su götürür, şəbəkələr vasitəsilə əhaliyə çatdırır və formalaşan məişət tullantı suları kanalizasiya sistemlərinə axıdılır. Tullantı sularının təmizləyici qurğularda tam təmizlənilməməsi dənizin və çayların çirklənməsinə gətirib çıxarır.

M.Əbdülhəsənov əlavə edib ki, dəniz suyundan içməli su kimi istifadə bir çox ölkələrin praktikasında var. Azərbaycanda da bu məsələyə baxılıb və bu gün dəniz və drenaj sularından yaşıllıqların suvarılmasında istifadə olunur. Bu gün ölkəmizdə kifayət qədər su ehtiyatları var. Bunu qorumaq, səmərəli və qənaətlə istifadə etmək lazmdır.

Горящий родник в Агстафе - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda təbiət möcüzəsi: İllərdir suyun üzərindəki alov sönmür

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su Anbarları və Hidroqovşaqların İstismarı sektorunun müdiri Elxan Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, son illər dünyada iqlim dəyişiklikləri müşahidə edilir və bu vəziyyət Azərbaycandan da yan keçmir. Yağıntının və qar örtüyünün olmaması səbəbindən belə bir gərginlik müşahidə edilir. Kür çayında da son zamanlar suyun azalması qeydə alınır. Bunlar hamısı özünü Mingəçevir su anbarında göstərir:

"Hazırda Mingəçevir su anbarında vəziyyət 68-51 metr səviyyəsindədir. Qeyd edək ki, son 40 ildə ilk dəfədir ki, belə hal qeydə alınır. Qarabağ bölgəsinin 150 min, Şirvan bölgəsinin 130 min hektar əkin sahələri Mingəçevir su anbarından iki magistral kanal vasitəsilə suvarma suyu ilə təmin edilir. Eyni zamanda Kür üzərində quraşdırılmış nasos Kürqırağı ərazilər də suvarma suyu ilə təmin edir".

Hüseynov həmçinin bildirib ki, Mingəçevirdə suyun kəskin olaraq azalması digər rayonlara da öz təsirini göstərməkdədir.

"Ötən ildən başlayaraq yuxarı Şirvan kanalının suqəbuledici qurğusunun su gətirici sistemində dərinləşdirmə işlərinə başlanılıb. Hazırda bu işlər davam edir. Anbarda suyun səviyyəsi düşüb, məhz gördüyümüz işlər sayəsində ağır vəziyyətdən yan keçə bilmişik" - deyə o, qeyd edib.

Мужчина держит плакат, призывающей не бомбить Сирию, на акции протеста против ударов по Сирии в Лондоне - Sputnik Azərbaycan
Ekspertlər: Dünyanın böyük şəhərləri suyun altında qalacaq

Hüseynovun sözlərinə görə, ölkə başçısının sərəncamı ilə rayonlarda su təminatının yaxşılaşdırılması üçün tələb edilən yerlərdə su artezian quyularının qazılması nəzərdə tutulub. Artezianlar yerli əhalinin və yerli icra hakimiyyətinin tələbatı və razılığı əsasında qazılacaq. Quyuların qazılması yeni salınan əkin sahələrinin suvarılması üçün deyil. Burada məqaəsd mövcud əkin sahələrinin suvarılması zamanı su təminatının yaxşılaşdırılmasıdır".

Hüseynov həmçinin xatırladab ki, Şirvan kanalından kanal boyu əhalinin təsərrüfat və məişət ehtiyacları ödənilir. "Azərsu" ASC-nin kiçik həcmli nasosları ilə su götürülür və həmin rayonlarda içməli su təminatı həyata keçirilir.

"Mövcud çətinliklər göz qabağındadır. Bizim qarşımızda məqsəd əkin sahələrini su ilə təmin etməkdir və biz bu işi görə bilirik", - deyə o, vurğulayıb.

Xəbər lenti
0