"Qızıl" qapıçı: əfsanəvi Lev Yaşinin 90 yaşı tamam olur

© Sputnik / Yuriy Somov / Mediabanka keçidЛев Иванович Яшин, заслуженный мастер спорта СССР, лучший вратарь советского и мирового футбола
Лев Иванович Яшин, заслуженный мастер спорта СССР, лучший вратарь советского и мирового футбола - Sputnik Azərbaycan
Abunə olmaq
Yaşinin əzəməti onda idi ki, o, qapıçı sənətinin həddini çox yüksəyə qaldırdı və qapıçı həmkarları ona çatmaq üçün əllərindən gələni etdilər.

Xokkeydə belə bir deyim var: "Qapıçı, komandanın yarısıdır". Və bu, həqiqətdir: Xokkey qapısının yüksək səviyyəli keşikçisi bəzən təkbaşına rəqiblə vuruşur və komandasının uğuru üçün misilsiz işlər görür.

Futbolda da ranq baxımından qapıçı çox şərəfli bir mövqe tutur. Komandada etibarlı qapıçıya sahib olmaq, öz qapısının təhlükədə olmadığından arxayın şəkildə daha sərbəst və açıq oynamaq deməkdir.

Dünya futbolunda həm keçən əsrdə, həm də indiki dövrdə böyük və möhtəşəm qapıçılar olub və var, amma heç kim, heç vaxt bu gün 90 yaşı tamam olan unudulmaz Lev İvanoviç Yaşinin "bütün dövrlərin və xalqların ən böyük, ən yaxşı futbol qapıçısı" adlandırılması hüququ ilə bağlı mübahisə etməyib, etmir də.

Lev Yaşin qapıçı sənətinin inkişafının unudulmayan və çox vacib dövrüdür. O, elə bir qapıçı idi ki, nəinki sovet oğlanları, eləcə də xarici ölkələrin ən adlı-sanlı qapıçıları ona oxşamaq istəyirdilər.

© © AP Photo/BippaQapıçı Lev Yaşin
Qızıl qapıçı: əfsanəvi Lev Yaşinin 90 yaşı tamam olur - Sputnik Azərbaycan
Qapıçı Lev Yaşin

Mənə bu nəhəng qapıçının oyununu birbaşa izləmək xoşbəxtliyi nəsib olub. Əlbəttə, yaşımla əlaqədar olaraq mən SSRİ yığmasının 1956-cı ildə Melbrunda keçirilən Olimpiya Oyunlarındakı zəfərini görməmişəm. Onda sovet futbolçuları qızıl medal almışdılar. Mən həmçinin sovet futbolçularının 1960-cı ildə Fransada keçirilən Birinci Avropa çempionatında (həmin vaxt turnir Avropa Kuboku adlanırdı) həmin əyardan olan medalı necə qazandıqlarını da izləməmişəm. Sadəcə, 1964-cü ildə İspaniyada keçirilən Avropa çempionatı barədə dumanlı xatirələrim var və orada SSRİ yığması gümüş medal qazanmışdı. Amma ailə böyüklərimizin söhbətlərindən bilirəm ki, bütün bu nailiyyətlərdə Lev İvanoviçin böyük xidmətləri olub.

Lakin parlaq qapıçının Moskva "Dinamo"sunun qapısını qoruduğu 1965-ci ildən başlayaraq olan oyunlar yaddaşımda qorunub. Və əlbəttə ki, 1966-cı ildə İngiltərədə keçirilən Dünya Çempionatının finalını ən xırda detalına qədər xatırlayıram. Bu, artıq Yaşinin iştirak etdiyi üçüncü dünya çempionatı idi. Sovet yığmasının dünya mundiallarında uğur qazanmaması onun günahı deyil, amma 1966-cı ildə yığma məhz Lev İvanoviçin qapısını qoruması sayəsində DÇ-də iştirak etdiyi dövrlərin ən yaxşı nəticəsini göstərib. Böyük qolkiperin həmin vaxt 38 yaşı var idi.

© Sputnik / S. Solovev / Mediabanka keçidMoskva "Dinamo"sunun qapıçısı Lev Yaşin məşq zamanı
Qızıl qapıçı: əfsanəvi Lev Yaşinin 90 yaşı tamam olur - Sputnik Azərbaycan
Moskva "Dinamo"sunun qapıçısı Lev Yaşin məşq zamanı

Bu yaşda o səviyyədə qapıçı olmaq o vaxtlar nadir hadisə idi. İndi təkcə qapıçılar deyil, sahə oyunçuları da karyeralarını 40 ilə qədər davam etdirirlər, onda daha çox davam etdirirdilər, amma onda....

SSRİ-də qapıçılar həmişə yüksək səviyyəli idi. Lev Yaşinə qədər Moskva "Dinamo"sunun və ölkə yığmasının bir nömrəli qapıçısı əfasanəvi "pələng" Aleksey Xomiç idi. Yaşinin vaxtında ekstra sinif qapıçılar da var idi: Anzor Kavazaşvili, Vyaçeslav Şexov, Sergey Kramarenko, Yuri Pşeniçnikov, Viktor Bannikov, Vladimir Maslaçenko. Bunlar sadə adlar deyildi, əfsanələr idi. Amma Yaşinin əzəməti onda idi ki, o, qapıçı sənətinin həddini çox yüksəyə qaldırdı və qapıçı həmkarları ona çatmaq üçün əllərindən gələni etdilər.

Futbol həvəskarı olan gənc nəslin nümayəndələri tez-tez məndən soruşurlar: Yaşinin özəlliyi nədədir ki, inanılmaz etibarlılığa, tullanma qabiliyyətinə və digər qapıçı atributlarının mövcudluğuna baxmayaraq, hazırkı qapıçılar Yaşının kölgəsində qalmaqda davam edirlər?

İş ondadır ki, Yaşin qapıçı elminə yeniliklər gətirmişdi və bütün lazım olan keyfiyyətləri mənimsəmişdi. Eyni zamanda bu yeniliklərdən bütün qapıçılar - həm "Yaşin" dövrünün qapıçıları, həm də ondan sonrakı nəsillər geniş istifadə edirdilər və müasir qapı keşikçiləri də istifadə etməkdədirlər.

Lev İvanoviç əla fiziki göstəricilərə, misilsiz reaksiya və hərəkətlərin koordinasiyasına sahib idi. O, düşünən qapıçı idi, hücumun necə inkişaf edəcəyini əvvəlcədən hesablaya bilirdi və qapıçı üçün ən əlverişli mövqeyi seçirdi. Bundan əlavə, o, bir çox digər cəhətlərinə görə, dünyanın futbol qapıçıları arasında birinci oldu.

© Sputnik / Yuriy Dolyagin / Mediabanka keçidLev Yaşin "Dinamo" stadionunda şəhər spartakiadasının açılışında
Qızıl qapıçı: əfsanəvi Lev Yaşinin 90 yaşı tamam olur - Sputnik Azərbaycan
Lev Yaşin "Dinamo" stadionunda şəhər spartakiadasının açılışında

Yaşin qapıçı texnikasını gücləndirdi: təkcə qapıdan kənara deyil, cərimə meydançasından da kənara çıxmağa başladı. Əlləri ilə güclü ötürmə edərək öz yoldaşlarını hücuma sövq edən ilk adam idi. Və nəhayət, müdafiə xəttini qurmağa və müdafiədə oynayan futbolçuların oyununa rəhbərlik etməyə ilk başlayan da Yaşin idi.

Yuxarıda göstərilənlərin hamısı indi qapıçılar üçün normadır, amma o zamanlar Lev İvanoviç birinci idi.

O, dünyanın və Avropanın ən yaxşı komandalarından biri olan SSRİ yığmasının qapıçısı idi. 1966-cı ildə komanda daha çox şeyə layiq idi, ancaq yarımfinalda AFR-ə məğlub oldu, ona görə yox ki, almanlar daha güclü idilər, ona görə ki, daha məkrli və hiyləgər idilər. Ancaq Yaşin yüksək səviyyədə oynadı. Üçüncü yer uğrunda matçda böyük portuqaliyalı hücumçu Eysebionun vurduğu cərimə zərbəsini dəf edə bilməsə də, qapıçını nədəsə ittiham etmək heç kəsin ağlına gəlmədi.

İngiltərədə bir çox qapıçı parladı. Çex Viktor, uruqvaylı (Polyak mənşəli) Mazurkeviç, almanlar Tilkovski və Mayer, ingilis Benks, amma heç kim Yaşındən daha parlaq və stabil oyun göstərə bilmədi.

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidRusiya Premyer Liqasında "Dinamo" və "Krasnodar" komandaları arasında keçirilən oyun zamanı qapıçı Lev Yaşinin anadan olmasının 90 illiyinə həsr edilmiş banner
Qızıl qapıçı: əfsanəvi Lev Yaşinin 90 yaşı tamam olur - Sputnik Azərbaycan
Rusiya Premyer Liqasında "Dinamo" və "Krasnodar" komandaları arasında keçirilən oyun zamanı qapıçı Lev Yaşinin anadan olmasının 90 illiyinə həsr edilmiş banner

Ondan əvvəl, futbol dünyasında, lider mövqelərdə qapıçılar arasında böyük çex və ispan - Frantişek Planiçka və Rikardo Samora vardı, amma o, bu qapıçıları geridə qoymuşdu.

İngiltərədəki Dünya Çempionatından üç il əvvəl, 1963-cü ildə Lev İvanoviç Avropanın ən yaxşı futbolçusu olaraq "Qızıl Top"a layiq görüldü. Futbol tarixində ilk dəfə bu mükafat qapıçıya verildi. Buna qədər qapıçılardan heç biri "Qızıl top" u ala bilməmişdi. Buna ən yaxın olanlar ingilis Qordon Benks və alman Oliver Kan, ispaniyalı İker Kasilyas idi, amma onlar da müvəffəq ola bilmədilər: Lev Yaşin qapıçılar arasında hələ də "Qızıl Top"un yeganə sahibi olaraq qalır.

Bundan əlavə, Yaşin həm FIFA, həm də digər nüfuzlu idman qurumları və çap mediası tərəfindən XX əsrin ən yaxşı qapıçısı kimi tanınıb.

Lev İvanoviç 1970-ci ildə Meksikada keçirilən Dünya Çempionatına getdi. Amma 42 yaşında artıq yüksək səviyyədə oynamaq üçün lazım olan keyfiyyətlərini itirdiyini başa düşdü, lakin Kavazaşvili və Pşeniçkova əməli məsləhətlər verdi.

© Sputnik / Dmitriy Donskoy / Mediabanka keçidSSRİ-nin əməkdar idman ustası, qapıçı Lev Yaşin
Qızıl qapıçı: əfsanəvi Lev Yaşinin 90 yaşı tamam olur - Sputnik Azərbaycan
SSRİ-nin əməkdar idman ustası, qapıçı Lev Yaşin

Meksika mundialından sonra Yaşin qapıçı karyerasını bitirmək qərarına gəldi: 27 may 1971-ci ildə "Lujniki"də (hazırda dünyanın ən böyük qapıçısının abidəsinin qoyulduğu yer) dünya futbol əfsanəsi ilə vida matçı oldu. Moskva "Dinamo"su və dünya ulduzlarının komandası oynadı. Lev İvanoviçə möhtəşəm futbolçular - portuqaliyalı ulduz Eysebio (1965-ci ildə "Qızıl Top" alıb), 1966-cı ilin dünya çempionu və eyni ildə Avropanın ən yaxşı futbolçusu olan Bobbi Çarlton, 1970-ci ildə "Qızıl Top" və "Qızıl buts" mükafatçısı, alman bombardir Gerd Müller və digər görkəmli futbol avtoritetləri öz hörmətlərini ifadə etdilər.

Bu əfsanəvi oyunu televiziyadan izlədim. Oyunu "Qızıl fit" in sahibi Tofiq Bəhramovun rəhbərlik etdiyi sovet hakimlər komandası idarə edirdi. Birinci hissədə "Dinamo"nun qapıçısı Yaşin oldu. Ulduzlar öz qapılarından iki qol buraxsalar da (onları Mazurkeviç müdafiə edirdi), ciddi şəkildə işə başlamağa tələsmirdilər. Yaşin öz qapıçılıq postunu digər qapıçı Pilquya təhvil verəndən sonra, dünya sehrbazları tez iki qol vurdular və matç yoldaşlıq heç-heçəsi ilə başa çatdı.

© Sputnik / Dmitriy Donskoy / Mediabanka keçidDünyanın bir nömrəli qapıçısı Lev Yaşin 60 yaşını qeyd edərkən
Qızıl qapıçı: əfsanəvi Lev Yaşinin 90 yaşı tamam olur - Sputnik Azərbaycan
Dünyanın bir nömrəli qapıçısı Lev Yaşin 60 yaşını qeyd edərkən

Matçdan sonra Yaşin çıxış etdi. O, həyəcan keçirdi, rabitəsiz danışdı, ancaq stadionda minlərlə insan və milyonlarla televiziya tamaşaçısı öz qəhrəmanını ürəkdən diqqətlə dinlədilər. Böyük qapıçı "onların dəstəyi olmadan öz karyerasını qura bilməyəcəyi" insanlara ona verdikləri dəstəyə görə təşəkkür etdi. Bu çıxış alqışlarla qarşılandı. Azarkeşlər də kumirlərinə təşəkkür etdilər.

Yaşin altmış ildən bir az çox yaşayaraq 1990-cı ildə vəfat etdi. Lakin azarkeşlərinin minnətdarlıq hissini həmişə hiss etdi. Və öldükdən sonra da onun xatirəsinə olan minnətdarlıq hissi sönmür.

Hətta indi də nəhəng qolkiperin oyununu görənlər, yaşına görə görə bilməyənlər, lakin onun bütün idman aləmi üçün hansı miqyasda insan olduğunu, bu əfsanəvi şəxsiyyətin böyüklüyüni dərk edənlər, əminik ki, onun haqqında oxuyur və ya köhnə idman xronikalarının görüntülərini izləyir, bütün zamanların və bütün xalqların hər zaman ən böyük futbol qapıçısına qürur və minnətdarlıq hissi ilə baxırlar.

Xəbər lenti
0