Azərbaycanda narkotikə görə həbs edilənlər arasında yeniyetmələr var

© Sputnik / Murad OrujovСотрудник полиции в Баку
Сотрудник полиции в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Doqquz ay ərzində məsuliyyətə cəlb olunan xarici ölkə vətəndaşlarından 613 kq müxtəliv növ narkotik vasitə götürülüb

 

BAKI, 21 oktyabr — Sputnik. 2019-cu ilin 9 ayı ərzində cinayət məsuliyyətinə 2618 nəfər cəlb edilib.

Медицинская игла, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda gənc oğlan yüksək dozada narkotikdən öldü

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında bildirilir. Məlumata görə, onlardan 8 nəfərini 16-18 yaşadək, 209 nəfərini 18-25 yaşadək, 397 nəfərini 26-29 yaşadək, 2004 nəfərini isə 30 yaşdan insanlar təşkil edirlər.

Məsuliyyətə cəlb olunanlardan 199 nəfəri fəhlə, 6-sı qulluqçu, 4-ü maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 7-si kənd təsərrüfatı işçisi, 1-i orta ixtisas tələbəsi, 8-i əvvəllər xüsusi qeydiyatda olan, 1827-si işləməyən, 2549-u kişilər, 69-u qadın, 73 nəfəri xarici ölkə vətəndaşı, o cümlədən 7-si MDB vətəndaşı olub. Əcnəbilərdən 55-i İran İslam Respublikası, 4-ü Gürcüstan, 3-ü Rusiya, 3-ü Türkiyə, 4-ü Ukrayna, 2-si Pakistan, 1-i Braziliya vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından 613 kq müxtəliv növ narkotik vasitə götürülüb.

Xəbər lenti
0