CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaxtını çoxdan bitirmişlər: Görünüşü göz dağı, qiyməti əl yandırır - REPORTAJ

© AP Photo / Andy WongМагазин обуви в Пекине, фото из архива
Магазин обуви в Пекине, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəzən alıcı deyir ki, sizdən "ikinci əl" olan şalvarı 22 manata almaqdansa, gedib elə "birinci əl" geyim alaram. Bilmirlər ki, bununla onun keyfiyyəti eyni deyil"

BAKI, 12 oktyabr — Sputnik. Dünyanın bir çox ölkələrində “Second hand”, yəni “ikinci əl” adlanan geyimlərə böyük tələbat var. Belə geyimlər əsasən kasıb ölkələrdə geniş yayılsa da, Avropanın inkişaf etmiş ölkələrində olmamış deyil. Bu cür geyimlər qiymətin daha da aşağı olması, yəni sərfəliliyi ilə birinci əl və brend geyimlərdən seçilir.

Əvvəllər ölkəmizdə bu cür geyimlərin satışı ilə məşğul olan mağazaların sayı çox olsa da, son zamanlar onların da sayı azalıb. Əsas səbəb isə heç də Avropa standartlarına çatmağımız deyil. Sadəcə olaraq, “alver” getmir. Çünki alıcılar qiymətlərin yüksəlməsindən narazıdır. Elə biz də hazırkı qiymətləri öyrənmək üçün “ikinci əl” geyimlərin satışı ilə məşğul olan geyim mağazalarından bir neçəsinə üz tutduq.

© Sputnik / Nigar Iskanderova“Second hand”, yəni “ikinci əl” adlanan geyimlər
Vaxtını çoxdan bitirmişlər: Görünüşü göz dağı, qiyməti əl yandırır - REPORTAJ - Sputnik Azərbaycan
“Second hand”, yəni “ikinci əl” adlanan geyimlər

Daxil olduğumuz mağazalarda qiymətlər bizi də təəccübləndirdi.

Burada böyüklər üçün olan şalvarların qiyməti 20-30 manat arasında dəyişilir. Pencəklərin qiyməti isə 30-50 manat arasındadır. Ayaqqabıların qiyməti isə satışda olan birinci əl belə mallarla eynilik təşkil edir. Burada həmçinin qadın və kişi alt geyimlərinə rast gəlmək mümkündür. Digər geyimlər kimi əzik, ütüsüz olan bu malların qiyməti isə 3-6 manat arasında dəyişilir. Lakin mağazada olduğumuz müddətdə bu cür geyimlərə marağın olduğunu görmədik.

Digər mağazalarda olduğu kimi burada da bəzi geyim məhsullarına endirimlər var. Yüksək qiymətə satılan böyüklər üçün olan geyimlərlə müqayisədə uşaq şalvarlarının daha ucuz olduğunu deyə bilərik. Belə ki, ilk satış qiyməti 8 manata olan bu şalvarların bəzilərini endirimlə 6 manata da almaq mümkündür.

Uşaq kurtkalarının qiyməti isə nə az, nə çox 22-50 manat arasında dəyişir. Bu geyimlər də endirimdə olanlar arasındadır. Məsələn, bir neçə gün öncə 50 manata satılan uşaq geyimlərini 22.50 manata da almaq mümkündür. 

© Sputnik / Nigar Iskanderova“Second hand”, yəni “ikinci əl” adlanan geyimlər
Vaxtını çoxdan bitirmişlər: Görünüşü göz dağı, qiyməti əl yandırır - REPORTAJ - Sputnik Azərbaycan
“Second hand”, yəni “ikinci əl” adlanan geyimlər

Mağazanın daimi müştərisi olan bəzi alıcılar qiymətlərin yüksək olmasından narazılıq edirlər. Amma keyfiyyət onları qane edir. Gülnarə Hüseynova adlı müştəri deyir ki, ümumiyyətlə çoxdandır "birinci əl" geyim almır. Bu tendensiya ailənin yaxınlarına da keçibmiş: "Bu geyimləri alarkən sadəcə olaraq yaxşı yumaq, tərs tərəfdən ütüləmək lazımdır. Guya aldığımız o "birinci əl" geyimlər necədir? Bir dəfə geyib, yuduqdan sonra büzülür".

Alıcı aldığı belə geyimlərin heç bir allergik reaksiyasının olmadığını da vurğulayır.

Bununla belə, qiymətlərdən razı olmayan qadın yenidən belə mağazalara üz tutub-tutmamaq barədə də fikirləşir.

© Sputnik / Nigar Iskanderova“Second hand”, yəni “ikinci əl” adlanan geyimlər
Vaxtını çoxdan bitirmişlər: Görünüşü göz dağı, qiyməti əl yandırır - REPORTAJ - Sputnik Azərbaycan
“Second hand”, yəni “ikinci əl” adlanan geyimlər

Satıcı isə satdıqları malların Almaniya brendi olduğunu, çox təmiz vəziyyətdə gətirildiyini, dezinfeksiya edilərək yuyulduğunu, adıçəkilən ölkədən yerli sahibkarlarımızdan biri tərəfindən gətirildiyini deyir. Qiymətlərin yüksək olmasına gəldikdə isə o, bunun səbəbini həmin məhsulların "birinci əl" olanlarının qiymətinin kifayət qədər yüksək olması ilə izah edir: "Bəzən alıcı deyir ki, sizdən "ikinci əl" olan şalvarı 22 manata almaqdansa, gedib elə "birinci əl" geyim alaram. Bilmirlər ki, bununla onun keyfiyyəti eyni deyil".

Satıcı alıcılar arasında "ikinci əl" uşaq geyimlərinə marağın böyük olduğunu söyləyir.

© Sputnik / Nigar Iskanderova“Second hand”, yəni “ikinci əl” adlanan geyimlər
Vaxtını çoxdan bitirmişlər: Görünüşü göz dağı, qiyməti əl yandırır - REPORTAJ - Sputnik Azərbaycan
“Second hand”, yəni “ikinci əl” adlanan geyimlər

“Yerli istehlakçılar istifadə etmədiyi geyimləri bura gətirərək sata bilərmi” sualımıza cavab olaraq isə satıcı burada yalnız Almaniyadan gətirilən geyimlərin satıldığını dedi.

Amma orada vaxtı və dəbini bəlkə 20 il əvvəl bitirmiş geyimlər də var idi...

Xəbər lenti
0