Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub

İlham Əliyev Türkmənistan Moldova dövlət başçıları ilə görüş keçirib

29
Bu gün Aşqabadda Azərbaycan və Türkmənistan prezidentləri arasında görüş keçirilib. Prezident İlham Əliyev Moldova Prezidenti ilə görüşüb

BAKI, 10 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Aşqabadda Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İqor Dodonu salamlayan Prezident İlham Əliyev deyib:

- İqor Nikolayeviç, Sizi görməyimə şadam. Bizim ikitərəfli gündəliyimizə dair fikir mübadiləsi üçün yaxşı imkan yaranıb. Mən bizim görüşlərimizi, o cümlədən Bakıdakı görüşümüzü xatırlayıram. O vaxt biz ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə etdik, münasibətlərimizin inkişafına ciddi təkan verdik. Sıx qarşılıqlı fəaliyyətin davam edəcəyinə ümid bəsləyirik. Bizim fəal əməkdaşlıq edə biləcəyimiz mövzular, sahələr çoxdur. Əsas odur ki, ölkələrimiz arasında dostluq münasibətləri həm ticari-iqtisadi sahədə, həm investisiya sferasında və bütün başqa sahələrdə qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün yaxşı bazadır. Moldova bizə yaxın, dost dövlətdir. Düşünürəm ki, bugünkü fikir mübadiləsi də faydalı olacaq. Zənnimcə, əlaqələrimizin inkişafına yeni təkan verəcəyik.

Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
© Official website of President of Azerbaijan Republic
Встреча Президента Азербайджанской Республики Ильхама Алиева и Президента Туркменистана Гурбангулы Бердымухамедова

Prezident İqor Dodon deyib:

- Hörmətli İlham Heydər oğlu, hörmətli dostlar. Əvvələn, bizim ikitərəfli münasibətlərimiz barədə Sizinlə yenidən fikir mübadiləsi aparmaq imkanına görə çox şadam. Bu ilin mart ayında Qlobal Forumda iştirak etməyimi xatırlayıram. Mən bu forumda artıq iki dəfə iştirak etmişəm və gələn il də iştirak etməyi planlaşdırıram. Qeyd etmək istəyirəm ki, bütün istiqamətlər üzrə işlərimiz yaxşı gedir. Sonuncu dəfə Bakıda Sizinlə söhbət zamanı mən demişdim ki, yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın tərkibi yenilənəcək. Dünən Moldova hökuməti İqtisadiyyat nazirini Moldova tərəfdən Hökumətlərarası Komissiyanın həmsədri təsdiq edib. Buna görə ümid edirəm ki, yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Sonuncu iclas 2012-ci ildə olub. Yəni, artıq 7 il keçib və bu müddətdə komissiya işləməyib.

Bir neçə həftə bundan əvvəl mən Sizə rəsmi dəvət məktubu göndərmişəm. Bu gün biz Moldova Respublikasına Sizin rəsmi səfərinizin mümkünlüyünü və hökumətlərarası komissiyanın iclasa hazırlıq məqsədilə həmsədrlərin görüşünün Kişineuda keçirilməsini müzakirə edəcəyik.

Oktyabrın 10-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə də görüşü olub.

Prezident İlham Əliyevi salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib:

- İlham Heydər oğlu, icazə verin Sizi Türkmənistanda, Aşqabadda salamlayım və bizim dəvətimizi qəbul edib MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün gəldiyinizə görə Sizə dərin təşəkkürümü bildirim. Düşünürəm ki, xalqlarımızın rifahı naminə tərəfdaşlığın səmərəliliyini artırmaq üçün yaxşı imkanımız olacaq. Sizi bir daha salamlayıram. Xoş gəlmisiniz!

Prezident İlham Əliyev deyib:

İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb

- Sağ olun, hörmətli Qurbanqulu Məlikquluyeviç. Dəvət üçün sağ olun. Göstərilən qonaqpərvərliyə görə sağ olun. Qardaş Türkmənistan torpağına gəlməyə həmişə şadıq. Mənim keçənilki səfərimi, sizinlə görüşümü və imzaladığımız sənədləri xatırlayıram. Düşünürəm ki, o vaxt biz rekord göstərdik, 20-dən çox sənəd imzaladıq. Bu, iki qonşu ölkə arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir. Əlbəttə, MDB dövlət başçılarının sabahkı Zirvə Görüşü çoxtərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu mühüm beynəlxalq tədbirin gözəl təşkil edilməsi münasibətilə Sizi təbrik etmək, Sizə, qardaş Türkmənistan xalqına ən xoş arzularımı bildirmək, yeni zəfərlər, qələbələr diləmək istərdim.

Prezident Qurbanqulu Berdiməhəmmədov:

- Sağ olun, İlham Heydər oğlu. Mən, həmçinin Xəzəryanı ölkələrin Birinci İqtisadi Forumuna verdiyiniz dəstəyə və onun işində fəal iştirak etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Siz bilirsiniz ki, forum sərgi ilə də müşayiət olundu. Sizin ölkənizin demək olar ki, hamının diqqətini cəlb edən yaxşı stendi var idi. Siz bu forumun keçirilməsində də böyük rol oynamısınız. Ona görə, icazə verin bu həssas diqqətə və yaxşı iştiraka görə Sizə təşəkkürümü bildirim. Bu, bizim ortaq təşəbbüsümüz idi, ümumiyyətlə, ideya genişdir. Sizə açıq deməliyəm, orada iki ölkə fəal iştirak edib – Türkmənistan və Azərbaycan. Əsas diqqət məhz tranzit-nəqliyyat dəhlizləri məsələlərinə ayrılmışdı. Beləliklə, icazə verin bir daha Sizə təşəkkürümü bildirim.

29
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

4
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

4
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

3
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

3