Bakıda söküntü işləri

On yeddi bina söküləcək Sakinlər hələ vəziyyətdən xəbərsizdirlər

266
(Yenilənib 13:19 25.09.2019)
Qəzalı binalarda olan vətəndaşların köçürülməsi Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına gerçəkləşəcək. Bina sakinlərinə kompensasiyanın ödənilməsi və onların köçürülməsi müvafiq icra hakimiyyətləri tərəfindən həyata keçiriləcək

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Bakının müxtəlif rayonlarında 17 qəzalı bina söküləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq sərəncamında qeyd edilib.

Siyahıya görə, aşağıdakı ünvanlarda yerləşən binalar kəskin qəzalı vəziyyətdə olduğu üçün söküləcək:

1. Bakı şəhəri,  Binəqədi rayonu, 8-ci mikrorayon, Ağasadıq Gəraybəyli küçəsi,  41

2. Bakı şəhəri,  Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53A

3. Bakı şəhəri,  Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150

4. Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsi, 51

5. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6

6. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27

7. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2

8. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Bünyatov küçəsi, 7A

9. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi , ev 8A

10. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi,  18

11. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Pişəvari  küçəsi,  13Q

12. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Pişəvari  küçəsi,  15

13. Bakı şəhəri, Suraxanı rayonu, Park küçəsi, 32

14. Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə döngə 17, ev 15

15. Bakı şəhəri, Suraxanı rayonu, İ. Məmmədov küçəsi, 6

16. Bakı şəhəri, Suraxanı rayonu, İ. Məmmədov  küçəsi, 8

17. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 42.

Qəzalı binalarda olan vətəndaşların köçürülməsi Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına gerçəkləşəcək. Bina sakinlərinə kompensasiyanın ödənilməsi və onların köçürülməsi müvafiq icra hakimiyyətləri tərəfindən həyata keçiriləcək.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Xətai rayonu, General Şıxlinski küçəsi, 42 ünvanında söküləcək bina yataqxana binasıdır. Pilot layihə əsasında yataqxananın yerində bina tikiləcək və sakinlər həmin binada mənzillə təmin ediləcəklər.

Qeyd edək ki, artıq bəzi rayonlarda sakinlərin köçürülməsi prosesinə başlanılıb.

266
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

63
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

63
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

39
(Yenilənib 00:03 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

39
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ