CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəhərli maddələri yandırıb bizi öldürənlər tapıldı

© AP Photo / Vahid SalemiHava tullantıları
Hava tullantıları - Sputnik Azərbaycan
Abunə olmaq
Reyd zamanı Puta qəsəbəsi ərazisində yerləşən "Karvan-L" MMC-nin nəzdində təkrar emal və utilizasiya sexinə aid olan zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib.

BAKI, 20 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhəri ərazisində sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Bacadan cıxan tüstü - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hər gün zəhər uduruq: Nə səbəbini bilirik, nə də nəticəsini

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, növbəti belə tədbir sentyabrın 19-da paytaxtın Qaradağ rayonu ərazisində keçirilib.

Reyd zamanı Puta qəsəbəsi ərazisində yerləşən "Karvan-L" MMC-nin nəzdində təkrar emal və utilizasiya sexinə aid olan zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib.

Qeyd olunan sexin müdiri R.Süleymanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti
0