Qlyukometr, arxiv şəkli

Bu adamlar nadir hallarda şəkərə tutulurlar

41
(Yenilənib 20:59 12.09.2019)
Alimlər belə nəticəyə gəliblər ki, hündür insanlarda yağ hissəcikləri bütün bədənə eyni şəkildə yayılır və böyrəyə az toplanır. Buna görə də böyrəklər öz funksiyasını yaxşı həyata keçirə bilir

BAKI, 13 sentyabr — Sputnik. Alman alimləri 2500 könüllü üzərinə araşdırma apararaq, insanın boyu ilə şəkərə yoluxma riskinin səviyyəsini müəyyənləşdirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hündürboylu insanlar bu xəstəliyə daha az yoluxurlar. Belə ki, xəstəlik riski hər artıq 10 sm-ə görə azalır.

Araşdırmada iştirak edənlərdən 3-dən biri şəkər xəstəsi olub. Onların boyu, ayaq ölçüsü, bədən kütlə indeksi, bel dairəsi və s. ölçüləri, eyni zamanda böyrəklərində yağ və ferment miqdarını öyrənmək üçün qan analizi götürülüb.

Müəyyən edilib ki, hər 10 santimetr xəstəliyin inkişaf riskini kişilərdə 41, qadınlarda 33 faiz azaldır. Əgər insan artıq çəkili deyilsə, xəstəliyin inkişaf riski kişilərdə 86, qadınlarda 67 faiz azalır.

Siqaret və genetik xüsusiyyətlər nıticələrdə yer almayıb.

Alimlər həmçinin müəyyən ediblər ki, uzun ayaqları olan kişi və qadınlarda xəstəlik riski aşağı olub. Uzun gövdəsi olan kişilərdə isə bu risk yüksək olub.

Alimlər belə nəticəyə gəliblər ki, hündür insanlarda yağ hissəcikləri bütün bədənə eyni şəkildə yayılır və böyrəyə az toplanır. Buna görə də böyrəklər öz funksiyasını yaxşı həyata keçirə bilir. Başqa bir araşdırmaya görə isə, boyu 175 sm olan qadınlar uzunömürlü olur və 90 ilə qədər yaşayırlar.

41
Teqlər:
boy, araşdırma, Almaniya, şəkərli diabet, şəkərli diabet xəstəsi, xəstəlik
Əlaqədar
Uşaqlarda qaraciyər problemi nədən qaynaqlanır - Ekspert cavabladı
Dünyanı və Bakını ağuşuna alan bəla - Yüz milyonlar onun əsirinə çevrilib
Ölməmək üçün görülən tədbir, amma insanlarımız ondan da imtina edir
Səhiyyə üçün xoş xəbər: QİÇS virusunu zərərsizləşdirən mexanizm tapıldı
Gəzməyə Azərbaycan, "ölməyə" ofis yaxşı - yorğunlar ordusu başına nə çarə qılsın?
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

4
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

4
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

3
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

3
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan