Şalvar, mini və "qızıl mağazaları"na ilişən müəllim azadlığı - həddi kim təyin edir?

© © Sputnik / Vladimir FedorenkoQızlar, arxiv şəkli
Qızlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Açıq-saçıq geyinən müəllimlər arasında da çox səriştəli, peşəsinin vurğunu, yüksək elmi savada malik insanlara rast gəlmək olar, amma..."

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Məktəbdə nizam-intizamın yüksəlməsində, müəllim obrazının cəmiyyətə təqdim olunmasında, simasının, görkəminin nümunəyə çevrilməsində geyimin rolu böyükdür.

Müəllimlərin işə qəbulu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müəllimlərlə bağlı qərar dəyişdi, yenilik 5 günə qüvvəyə minir

Müəllimin geyiminin şagirdlərin, tələbələrin tərbiyəsinə təsiri daha çox vurğulansa da, onun təhsilin keyfiyyətinə mənfi təsirini söyləyənlərin də fikirlərində həqiqət var. Belə ki, geyim təhsilin keyfiyyətinə təsir göstərən amillərdən biri ola bilər.

Azərbaycanda müəllimlərin geyim kodeksi yoxdur. Yəni müəllimlərin sinfə hansı geyimlə daxil olması hər-hansı bir qanun və ya qayda ilə tənzimlənmir.

Buna bəzən məktəb direktorları, çox zaman isə müəllimlər özləri qərar verirlər. Bəzi müəllimlər işlərinin məsuliyyətini anlayıb, uyğun qarderob seçsələr də, müəyyən qisim şagirdlərə örnək olmayacaq tərzdə geyinir. Bu da uşağın tərbiyəsi ilə yanaşı, təhsilə də təsir edir. Mütəxəssislər iddia edirlər ki, müəllimlərin də digər peşələr kimi xüsusi forması olmalı, şalvar, qısa ətək qadın müəllimlərin qarderobundan uzaq olmalıdır.

Müəllim necə geyinməlidir ki, şagirdlərə örnək olsun? Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, hər bir insan haqqında ilk təsəvvür yaradan vacib faktorlardan birincisi onun xarici görünüşü, geyimidir: "Düşünürəm ki, müəllim bir tərbiyəçi kimi öncə xarici görünüşü ilə öz daxili aləmi, mədəniyyəti haqqında rəy formalaşdırmaqla yanaşı, eyni zamanda qarşısındakını da bu yolla tərbiyə edir. Buna görə də müəllimin geyim tərzi onun üçün həm də bir tərbiyə vasitəsidir".

Planşet, "şparqalka", hicab - şagirdlərini geridə qoyan müəllimlərin imtahanından REPORTAJ>>

Ekspert hesab edir ki, müəllimləri xarici görünüşünün təsnifatına görə müxtəlif kateqoriyalara bölmək olar.

"Elə müəllimlərimiz var ki, yaşından, sosial durumundan, həyat və peşə təcrübəsindən asılı olmayaraq istər rəsmi, istərsə də qeyri-rəsmi şəraitdə, hətta küçədə gedərkən belə, onların müəllim olduğu müəyyənləşir. Sanki çöhrəsindən, davranışından, danışığından, ədəb-ərkanından və ən başlıcası görünüşündən ziyalı, müəllim təbəqəsinə aid olduğu aydın görünür. Təbii ki, bu müəllimlər həmişə hamı tərəfindən sevilib, cəmiyyətdə böyük nüfuz və hörmət sahibi olmaqla yanaşı, yetirmələri onlara daim pərəstiş edib, həmin müəllimləri özlərinə kumir seçiblər. Bu kateqoriyaya aid olan müəllimləri "klassik müəllim" kimi səciyyələndirmək olar", - deyə Əsədov bildirib.

Müəllimlərin işə qəbulu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Planşet, "şparqalka", hicab - şagirdlərini geridə qoyan müəllimlərin imtahanından REPORTAJ

O, əlavə edib ki, ikinci kateqoriya müəllimlər "müasir müəllim" hesab edilirlər. Həmin müəllimlərə baxdıqda Şərqlə Qərbin, keçmişlə müasirliyin vəhdətini görmək olur: "Məncə, bu müəllimlər də bir tərbiyəçi kimi şagirdlərdə xüsusi zövq formalaşdırır, həmçinin, xarici görünüşün insanın həyat və fəaliyyətində nə qədər önəmli yer tutduğunu öz şəxsi nümunələrində ifadə edirlər".

"Bəzi müəllimlərimiz də var ki, onların xarici görünüşü şagirdlərdə yanlış təsəvvür, zövqsüzlük tərbiyə edir. Bu müəllimlər açıq-saçıq, "təhsil və tərbiyə ocağı" adlanan məktəbə qətiyyən uyğun olmayan geyimləri, həddən ziyadə bər-bəzəkləri və davranışları ilə şagirdlərə yanlış və eyni zamanda mənfi təsir göstərirlər. Bununla yanaşı, qeyd edim ki, belə müəllimlər arasında da çox səriştəli, peşəsinin vurğunu, yüksək elmi savada malik insanlara rast gəlmək olar. Lakin geyim tərzi və ümumilikdə xarici görünüş hər şey demək deyilsə də, qeyd etdiyim bir çox faktorları güclü səciyyələndirir", - deyə ekspert vurğulayıb.

K.Əsədov məktəbdə müəyyən çərçivənin olmasının tərəfdarıdır. O, hesab edir ki, məktəbdə çalışanlar yetişməkdə olan yeni nəslin tərbiyəsi ilə məşğul olduqlarını bir an belə unutmamalıdırlar. Məhz bu faktor təlim-tərbiyə ocağında çalışan hər bir insana bu məsələyə çox ciddi yanaşmaq və xarici görünüşünü düzgün tənzimləmək üçün yetərli əsas verir.

"Düşünürəm ki, müəllimin geyim tərzi ilk növbədə təmiz, səliqəli, ədəbli və rahat olmalıdır. Əminəm ki, maddi durumundan, sosial vəziyyətindən və digər amillərdən asılı olmayaraq hər bir müəllim bu tələbləri ödəyə bilər. Lakin təbii ki, bunlarla yanaşı, yüksək zövq, eleqantlıq və başqa bu kimi amillər də xarici görünüşdə öz əksini tapmalıdır", - Əsədov deyib.

Onun sözlərinə görə,  qadın müəllimlər birdəfəlik şalvardan imtina etməlidirlər: "Şalvar qadın müəllimlərin qarderobunda olan geyim növü deyil. Qadın müəllimlər qısa yubkalardan, bər-bəzəkli parçalardan tikilmiş geyimlərdən uzaq olmalıdırlar. Bəzən bər-bəzəkli parçalardan tikilmiş geyimlərin üzərindəki parlaq rənglər, müxtəlif rəngarəng şəkillər müəllim obrazına kölgə salır, nüfuzuna xələl gətirir.

Qeyri-adi saç düzümündə, qır-qızıl, bər-bəzəklə məktəbə gəlmək, sinfə daxil olmaq təhsilin keyfiyyətinə mənfi təsir göstərər. Bunlar şagirdlərin diqqətini yayındırır, müəllimin tərbiyəçi siması kölgədə qalır. Kişi müəllimlər kostyum geyinməli, qalstuk taxmalıdırlar. Bu, kişi müəllimlərin imici kimi onlara nüfuz və hörmət gətirir. Cinsindən asılı olmayaraq bütün müəllimlər müəllim adına yaraşan geyim geyməlidirlər".

Xəbər lenti
0