Sürücü, arxiv şəkli

Xarici dövlət nömrə nişanlı avtomobil sürücülərinə bəd xəbər

191
(Yenilənib 22:34 07.09.2019)
Dəyəri 4-5 min manat, cəriməsi 5-10 min manat olan avtomobillər hələ də cərimə meydançasındadır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. "Xarici dövlət nişanlı avtomobillər çox zaman Azərbaycan vətəndaşları tərəfindən idarə edilir. Bunlara daha çox xarici ölkələrdə yaşayan azərbaycanlılardır. Onlar yaşadıqları ölkələrdə idarə etdikləri avtomobillərlə Azərbaycana gəlir və sui-istifadə edərək, kobud qayda pozuntularına yol verirlər". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı danışıb.

M1 magistralının 100 km-ə yaxın hissəsi təmir edilir
© AAYDA-nin mətbuat xidməti

O, qeyd edib ki, əvvəllər həmin şəxslərin törətdiyi qayda pozuntuları cəzasız qala bilirdi. Çünki kamera və radarlar bəzi ölkələrin nömrələrini oxuya bilmirdi.

"Xüsusən Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin sayı artıb. Sürücülər bu nömrələrin kamera və radarlara düşmədiyini bildiyi üçün sürət limiti, qırmızı işıq, qoşa xətt və s. qayda pozuntularına yol verirdilər. Sonradan Dövlət Yol Polisinin məlumat mərkəzi təkmilləşdirildi. Xarici dövlət nömrə nişanı olan avtomobillərə cərimələr tətbiq edilməyə başlanıldı. Və indi dəyəri 4-5 min manat, cəriməsi 5-10 min manat olan avtomobillər hələ də cərimə meydançasındadır. Bu səbəbdən də artıq xarici dövlət nömrə nişanlı avtomobil idarə edən sürücülər diqqətli olmalıdır" – deyə ekspert əlavə edib.

191
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

1
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

1

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

73
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

73