CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar daha əvvəlki yerdə oxumayacaqlar - Nəticələr məlum olub

Abunə olmaq
Ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1 535 nəfər müraciət edib. Onlardan 1 193 nəfərin müraciəti müsbət cavablandırılıb

BAKI, 5 sentyabr — Sputnik. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Государственный экзаменационный центр - Sputnik Azərbaycan
ELM
DİM qəbul imtahanının nəticələrini açıqladı

Xəbərdə qeyd edilir ki, transfer.edu.az portalı vasitəsilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1 535 nəfər müraciət edib. Onlardan 1 193 nəfərin müraciəti müsbət cavablandırılıb.

Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1 193 nəfərdən 1 152-si bakalavr, 12-si magistratura səviyyəsi üzrə, 29-u isə xarici ali təhsil müəssisələrindən köçürülənlərdir.

Qeyd edək ki, transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Xəbər lenti
0